22:29 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
MƏDƏNİYYƏT
Qısa URL
25 0 0

"Sirano de Berjerak", "Van Qoq. Əbədilik astanasında", "Manikür qayçısı" və s. qısametrajlı filmlərinin rejissoru olan Jan-Klod Karrier 30-dan çox filmdə aktyor kimi iştirak edib

 

BAKI, 9 fevral — Sputnik. Məşhur fransız ssenarist, dramaturq və rejissor, "Xoşbəxt ildönümü" qısametrajlı filminə görə "Oskar" mükafatını qazanan Jan-Klod Karrier vəfat edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 89 yaşlı rejissor ötən gün Parisdəki evində yuxuda olarkən dünyasını dəyişib.

Jan-Klod Karrier 140-dan çox filmin ssenari müəllifi və rejissoru kimi tanınıb.

"Sirano de Berjerak", "Van Qoq. Əbədilik astanasında", "Manikür qayçısı" və s . qısametrajlı filmlərinin rejissoru olan Karrier 30-dan çox filmdə aktyor kimi iştirak edib. 2014-cü ildə o, Fəxri Ömürlük Müvəffəqiyyət Oskarını aldı. Karrierin son işi Filip Qarrelin 2020-ci ildə çıxan "Gözyaşları duzu" dramı idi.

Əsas mövzular