BAKI, 9 fevral — Sputnik. Məşhur fransız ssenarist, dramaturq və rejissor, "Xoşbəxt ildönümü" qısametrajlı filminə görə "Oskar" mükafatını qazanan Jan-Klod Karrier vəfat edib.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, 89 yaşlı rejissor ötən gün Parisdəki evində yuxuda olarkən dünyasını dəyişib.
Jan-Klod Karrier 140-dan çox filmin ssenari müəllifi və rejissoru kimi tanınıb.
"Sirano de Berjerak", "Van Qoq. Əbədilik astanasında", "Manikür qayçısı" və s . qısametrajlı filmlərinin rejissoru olan Karrier 30-dan çox filmdə aktyor kimi iştirak edib. 2014-cü ildə o, Fəxri Ömürlük Müvəffəqiyyət Oskarını aldı. Karrierin son işi Filip Qarrelin 2020-ci ildə çıxan "Gözyaşları duzu" dramı idi.