10:39 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
4310

Qvadalaxara zorakılığın qarşısının alınması siyasətini yaxşılaşdırmaqdan ötrü kitabxanalar, oxu zalları, kitab mağazaları, müstəqil nəşriyyatlar kimi mədəniyyət dəyərlərindən, həmçinin beynəlxalq kitab yarmarkasından istifadə edəcək.

BAKI, 6 noyabr — Sputnik. Meksikanın Qvadalaxara şəhəri sosial dəyişikliklərə, zorakılıqla mübarizəyə çağıran və sülh mədəniyyəti yaradan kitaba əsaslanan hərtərəfli siyasi planına görə UNESCO tərəfindən 2022-ci ildə Dünya Kitab Paytaxtı elan edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə UNESCO-nun Baş direktoru Odri Azulay elan edib.

1987-ci ildən bəri Beynəlxalq kitab yarmarkasının keçirildiyi Qvadalaxara üçün proqram üç strateji istiqamətdə cəmlənib: parklarda və digər əlçatan yerlərdə qiraət vasitəsilə ictimai məkanların bərpası, xüsusən uşaqlar üçün oxuma və yazma üzrə seminarların köməyi ilə sosial əlaqələr və mütəşəkkillik, nəsillərarası əlaqələrin, hekayə və küçə poeziyasının köməyi ilə orijinallığın möhkəmləndirilməsi.

Qvadalaxara zorakılığın qarşısının alınması siyasətini yaxşılaşdırmaqdan ötrü kitabxanalar, oxu zalları, kitab mağazaları, müstəqil nəşriyyatlar kimi mədəniyyət dəyərlərindən, həmçinin beynəlxalq kitab yarmarkasından istifadə edəcək.

Bu resurslar əhali arasında insan haqlarının, gender bərabərliyinin və sülh mədəniyyətinin tərəqqisində istifadə olunacaq, həmçinin müdaxilə və sosial islahatlar aləti kimi kitab və ədəbiyyatın böyük potensialı tətbiq ediləcək.

İlin bayram şənlikləri 2022-ci il aprelin 23-də - Ümumdünya Kitab və Müəllif Hüquqları Günündə başlayacaq.

Qvadalaxara 2001-ci ildən başlayaraq Kuala-Lumpur (2020-ci il) və Tbilisidən (2021-ci il) sonra bu titulu alan iyirmi ikinci şəhərdir.

İndiyədək bu titula aşağıda adları çəkilən şəhərlər layiq görülüb: Madrid (2001-ci il), İskəndəriyyə (2002-ci il), Nyu-Dehli (2003-cü il), Antverpen (2004-cü il), Monreal (2005-ci il), Turin (2006-cı il), Boqota (2007-ci il), Amsterdam (2008-ci il), Beyrut (2009-cu il), Lyublyana (2010-cu il), Buenos-Ayres (2011-ci il), Yerevan (2012-ci il), Banqkok (2013-cü il), Port-Harkort (2014-cü il), İnçhon (2015-ci il), Vroslav (2016-cı il), Konakri (2017-ci il), Afina (2018-ci il) və Şərcə (2019-cu il).

Qvadalaxara beynəlxalq kitab yarmarkası (FIL Guadalajara) böyüklüyünə görə Frankfurt yarmarkasından sonra ikinci yerdədir.

Təşkilatın təqdim etdiyi məlumatlara əsasən, 2019-cu ildə bu yarmarka dünyanın 48 ölkəsindən 828 mindən çox ziyarətçi, 800 müəllif, kitab işi üzrə 20 min peşəkar mütəxəssisi və 2400 redaksiyanı özünə cəlb edib.

Teqlər:
yazıçı, Kitab festivalı, Dünyanın Kitab Paytaxtı, kitab, Qvadalaxara, Meksika

Əsas mövzular