SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vladimir Putindən etiraf: "Quran" stolüstü kitablarımdan biridir

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин принимает участие в заседании дискуссионного клуба "Валдай"
Президент РФ Владимир Путин принимает участие в заседании дискуссионного клуба Валдай - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti qeyd edib ki, müqəddəs mətnlərdə qonşudan, qardaşdan bəhs edildikdə, söhbət yalnız dindaşlardan deyil, ümumiyyətlə insandan gedir.

BAKI, 4 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, bütün dinlərdə insanların hamısı Uca Tanrı qarşısında bərabərdir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ölkə başçısı bildirib ki, müqəddəs kitablarda qardaşdan bəhs edilərkən söhbət din yoldaşından deyil, ümumiyyətlə, insandan gedir.

"Dəfələrlə vurğulanıb ki, bizim üçün əsas məsələ hər bir insan həyatının qeyd-şərtsiz dəyərli olmasıdır. Və bu seçimi Rusiyanın bütün ənənəvi dinlərinin – Pravoslavlıq, Xristianlığın digər qolları, İslam, Buddizm, Yəhudilik – əsasını təşkil edən dəyərlər diktə edir", – deyə prezident çərşənbə günü dini konfessiyaların nümayəndələri ilə keçirdiyi videokonfransda bildirib.

"Bax burada, masamın üstündə, solumda dörd müqəddəs kitabın – İncil, Quran, Tövrat və Gəncurun olması heç də təsadüfi deyil. Bu kitabların hər birində qalıcı həqiqətlər var və onların arasında əsas şərtləndirici amil insana, qonşuya məhəbbətdir. Özü də irqindən, milliyyətindən və adət-ənənəsindən asılı olmayaraq. Bu müqəddəs mətnlərdə qonşudan, qardaşdan bəhs edildikdə, söhbət yalnız dindaşlardan deyil, ümumiyyətlə insandan gedir, çünki dünya dinlərinin hamısında bütün insanlar Uca Tanrı qarşısında bərabərdirlər", - deyə Putin qeyd edib.

Rusiya Prezidenti onu da vurğulayıb ki, dini liderlər ölkənin sabitliyinə, ekstremizm və terrorizmin qarşısının alınmasına mühüm töhfə verir və insanlar onların fikirlərini nəzərə alırlar.

Xəbər lenti
0