01:02 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
11910

Bu günlərdə onlar birlikdə sərhədin bağlı olması səbəbindən Vətənə dönə bilməyən azərbaycanlılara yardım etmək üçün Dağıstana gediblər. Oradan qayıdandan sonra Rəqsanə, əri və bütün komandası qripə yoluxublar

BAKI, 1 may — Sputnik, Kəmalə Əliyeva. Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov Moskva klinikalarından birinə yerləşdirilib.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onun koronavirusa yoluxduğu ehtimal edilir.

R.İsmayılova artıq bir aydan çoxdur ki, Moskvada xeyriyyə işləri ilə məşğuldur: ərzaq məhsullarına ehtiyacı olan azərbaycanlı ailələrə kömək edir. Əmiraslanov isə bu müddət ərzində müğənnini daim dəstəkləyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Rəqsanə İsmayılova (@raksana_official)

Bu günlərdə onlar birlikdə sərhədin bağlı olması səbəbindən Vətənə dönə bilməyən azərbaycanlılara yardım etmək üçün Dağıstana gediblər. Oradan qayıdandan sonra Rəqsanə, əri və bütün komandası qripə yoluxublar. Müğənninin sözlərinə görə, Əmiraslanovun vəziyyəti çox ağır olub.

“Onun hərarəti çox yüksək idi, kəskin respirator infeksiya əlamətləri vardı. Koronavirus testi etdilər. Nəticəsi mənfi olsa da, xəstəxanadan evə buraxmadılar. Bir daha test verməlidir”, - R.İsmayılova deyib.

Rəqsanə İsmayılova hazırda əsasən Rusiya və Türkiyədə yaşayır, toylarda və digər tədbirlərdə iştirak edir. Eyni zamanda öz yolu ilə gedən böyük qızı Aysunu da dəstəkləyir.

Müğənninin iki qızı Azərbaycanda, qohumlarının yanında yaşayır. İndiki həyat yoldaşından isə əkiz övladları var. Rəqsanənin həyat yoldaşı haqqında yalnız Rusiyada sahibkarlıqla məşğul olması barədə məlumat var.

 

Əlaqədar

Azərbaycanlı müğənnilər əfsanəvi mahnını "ağlatdılar" - VİDEO
Aygün Kazımova: "Ad günün mübarək, kral"
Kamil, Tolik, Ruhi, Fatimə, Rəqsanədən kövrək addım: Heç nəyə məhəl qoymadan yardıma davam
Aygün erməni həmkarıyla qucaqlaşıb oxudu, dedilər, Qarabağ "qayıtdı" - VİDEO
Azərbaycanlı müğənni Türkiyədə yemək paylayır - VİDEO

Əsas mövzular