23:47 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
5010

Tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdizadə ifa edirlər

BAKI, 16 yanvar — Sputnik. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Uşaq Teatrının 21 yanvar saat 19:00-da Gənc Tamaşaçılar Teatrında "Sevgi şimşəyi" tamaşası nümayiş olunacaq.

Yeddi nar çubuğu səhnədə
© Abdulla Shaiq State Puppet Theater

Sputnik Azərbaycan xəbər verir ki, böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin "Bir gecənin nağılı" pyesinin motivləri əsasında hazırlanıb.

Qeyd edək ki, tamaşanın ilk nümayişi Türkiyənin Bilecik şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında olub.

Əlaqədar

Mənsum İbrahimov: "Hər şeyi adlarına çıxırlar, bircə ona gücləri çatmır"
İllər sonra yazıçı Anar yayı qışla əvəz etdi
"Məhəbbət əfsanəsi" yarım əsrdən sonra Azərbaycana qayıdır

Əsas mövzular