10:57 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
 Avroviziya-2011in qalibi Eldar Qasımov

Eldar Qasımovdan etiraz: "Heç bir kəsə icazə verməməliyik ki, o işığı söndürsün"

© Instagram / thisiseldar
MƏDƏNİYYƏT
Qısa URL
2217 0 0

"Avroviziya-2011"in qalibi: "Bu nəğmə - mənim yardım harayım, etirazım və çağırışımdır. Mən hər birimizin içində olan gücə inanıram. İnanıram ki, hər birimizin içindəki işıq yolumuzu aydınlatmalı və bizi arzularımıza aparmalıdır"

BAKI, 4 noyabr — Sputnik. "Avroviziya-2011"in qalibi Eldar Qasımov yeni "Bax, uçuram" adlı mahnısını ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, kompozisiyanın musiqisini Ülviyyə Bəbirli, sözlərini isə Nurlana Cəfərova yazıb. Mahnının aranjeman Bəbir Bəbirli edib. Mahnı pop-ballada janrında yazılıb.

"Bu nəğmə - mənim yardım harayım, etirazım və çağırışımdır. Mən hər birimizin içində olan gücə inanıram. İnanıram ki, hər birimizin içindəki işıq yolumuzu aydınlatmalı və bizi arzularımıza aparmalıdır. Biz heç bir kəsə icazə verməməliyik ki, o işığı söndürüb, səmamızı ovucları ilə qaranlığa qərq etsin. Çünki biz hamımız uça bilməliyik. Qanadlarımızı səmaya açıb, yüksəklərə ucalmağı bacarmalıyıq", - deyə Eldar Qasımov yeni mahnısının qayəsini izah edib.

2011-ci ildə Eldar Qasımov duet ortağı Nigar Camalla birlikdə "Running Scared" adlı mahnını ifa edərək 221 xalla qalib gəliblər. Onlar Ell/Nikki ləqəbi ilə çıxış edərək sözügedən illik beynəlxalq vokal yarışını Bakıya gətirən ilk azərbaycanlılar olublar.

Eldar Qasımov hazırda əsasən xarici ölkələrdə konsertlər verir. Bununla yanaşı, "özü üçün" kompozisiyalar da bəstələyir.

Əlaqədar

Zamiq dostunun sevgisini "əbədiləşdirdi"
Tanınmış müğənni Azərbaycan tarixində ilkə imza atdı
Əməkdar artistdən “gözlənilən” hərəkət: Yenə başqasını aşağıladı
"Liftdə özüm üçün zümzümə edirdim... qonşular isə məni alqışlayırdı"
Nigar Camal və London aeroportunun aftafaları – Paylaşım

Əsas mövzular