Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Eldar Qasımovdan etiraz: "Heç bir kəsə icazə verməməliyik ki, o işığı söndürsün"

© Instagram / thisiseldarПевец Эльдар Гасымов
Певец Эльдар Гасымов - Sputnik Azərbaycan
Abunə olmaq
"Avroviziya-2011"in qalibi: "Bu nəğmə - mənim yardım harayım, etirazım və çağırışımdır. Mən hər birimizin içində olan gücə inanıram. İnanıram ki, hər birimizin içindəki işıq yolumuzu aydınlatmalı və bizi arzularımıza aparmalıdır"

BAKI, 4 noyabr — Sputnik. "Avroviziya-2011"in qalibi Eldar Qasımov yeni "Bax, uçuram" adlı mahnısını ictimaiyyətə təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, kompozisiyanın musiqisini Ülviyyə Bəbirli, sözlərini isə Nurlana Cəfərova yazıb. Mahnının aranjeman Bəbir Bəbirli edib. Mahnı pop-ballada janrında yazılıb.

"Bu nəğmə - mənim yardım harayım, etirazım və çağırışımdır. Mən hər birimizin içində olan gücə inanıram. İnanıram ki, hər birimizin içindəki işıq yolumuzu aydınlatmalı və bizi arzularımıza aparmalıdır. Biz heç bir kəsə icazə verməməliyik ki, o işığı söndürüb, səmamızı ovucları ilə qaranlığa qərq etsin. Çünki biz hamımız uça bilməliyik. Qanadlarımızı səmaya açıb, yüksəklərə ucalmağı bacarmalıyıq", - deyə Eldar Qasımov yeni mahnısının qayəsini izah edib.

2011-ci ildə Eldar Qasımov duet ortağı Nigar Camalla birlikdə "Running Scared" adlı mahnını ifa edərək 221 xalla qalib gəliblər. Onlar Ell/Nikki ləqəbi ilə çıxış edərək sözügedən illik beynəlxalq vokal yarışını Bakıya gətirən ilk azərbaycanlılar olublar.

Eldar Qasımov hazırda əsasən xarici ölkələrdə konsertlər verir. Bununla yanaşı, "özü üçün" kompozisiyalar da bəstələyir.

Xəbər lenti
0