22:26 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Azərbaycanın Xalq artisti Emin Ağalarov

Xalq artisti qazandığı pullardan imtina etdi

© Sputnik / Maxim Blinov
MƏDƏNİYYƏT
Qısa URL
30 0 0

"Ötən il biz dostlarımızla 17 milyon rubldan çox vəsait toplaya bilmişdik və bu pulların haraya sərf olunması barədə hesabatı siz Müslüm Maqomayev Fondunun saytında əldə edə bilərsiniz"

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanın Xalq artisti Emin Ağalarov Rusiyanın Kemerovo şəhərində xeyriyyə konserti keçirib. Sputnik Azərbaycan-ın məlumatına  görə, müğənni tədbirdən əldə edilən bütün gəliri - 818 min rublu "Rodnik" uşaq evinə, "Detskoye serdse" Kuszbass fonduna və Vlad Tsıqanova verib.

Bu barədə E.Ağalarov Instagram-dakı səhifəsində yazıb.

"Biz Kemerovoda xeyriyyə konserti verdik. Bir daha bütün tamaşaçılarımıza təşəkkür etmək istəyirəm. Sizin emosiyalarınız, təbəssümünüz, dəstəyiniz bizə çox xoş oldu. Dostlar, biz birlikdə 818 min rubl vəsait toplaya bildik. Bu məbləğ "Rodnik" uşaq evinə, "Detskoye serdse" Kuszbass fonduna və Vlad Tsıqanova yönəldiləcək", - Emin qeyd edib.

Müğənni həmçinin Kemerovodakı "Zimnyaya Vişnya" ticarət mərkəzində 2018-ci il martın 25-də həlak olanların xatirəsinə salınmış Mələklər Parkına baş çəkib, zərərçəkən ailələrlə görüşüb.

Посмотреть эту публикацию в Instagram

Вчера у нас прошёл благотворительный концерт в Кемерово. Хочу ещё раз поблагодарить всех наших зрителей, нам было очень приятно и очень тепло от ваших эмоций, улыбок, поддержки. Друзья, вместе с вами мы собрали 818 000 р., которые будут направлены в Детский дом «Родник», Кузбасский фонд «Детское сердце» и Владу Цыганову @vlad_help19 ✊🏽✊🏽✊🏽 Вчера днем мы успели побывать в Парке Ангелов @parkangelov.official , построенном на месте ужасной трагедии в ТРЦ «Зимняя вишня», произошедшей 25 марта 2018 года. Я ещё раз хочу выразить свои глубокие соболезнования всем семьям погибших ... 🙏🏻 Для меня было особенно важно ещё раз с вами встретиться. В прошлом году вместе с моими друзьями мы собрали более 17 миллионов рублей, и на сайте Фонда Муслима Магомаева можно найти отчёт о расходовании средств: http://m-magomaev.ru Также хочу выразить особую благодарность за приём губернатору Кемеровской области Сергею Евгеньевичу Цивилёву @sergey_tsivilev 🙏🏻✊🏽 Спасибо всем и до встречи !

Публикация от eminofficial (@eminofficial)

"Ötən il biz dostlarımızla 17 milyon rubldan çox vəsait toplaya bilmişdik və bu pulların haraya sərf olunması barədə hesabatı siz Müslüm Maqomayev Fondunun saytında əldə edə bilərsiniz. Bizi qəbul etdiyinə görə Kemerovo vilayətinin qubernatoru Sergey Yevgenyeviç Tsivilyova da xüsusi minnətdarlığımı bildirirəm", - Ağalarov vurğulayıb.

Əlaqədar

Rusiyalı müğənni Eminin filminə baxıb Bakıya vuruldu
Xalq artistləri 13 yaşlı mahnının klipini gün üzünə çıxardılar
Rusiyadakı azərbaycanlı müğənnilər danışdılar: Bir-birimizə dəstək veririk
Azərbaycanlı müğənni ilə "Dom 2" iştirakçısını nə bağlayır?
Emin Ağalarov möhtəşəm konsepsiyasını açıqladı

Əsas mövzular