11:25 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Formula-1

“Formula 1” ərəfəsində möhtəşəm əyləncə proqramı təşkil olunacaq

© REUTERS / Samo Vidic / Red Bull Content
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

“Formula 1” ərəfəsində “Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq

BAKI, 5 aprel - Sputnik. “Formula 1” Azərbaycan Qran Prisi ərəfəsində “Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 26-28-nə təsadüf edən yarış həftəsonunun hər bir gecəsində dünyaca məşhur DJ-lər iştirak edəcək. Azərbaycan Hava Yollarının (AZAL) və “Silk Way” Şirkətlər Qrupunun dəstəyi ilə “Elektra Events Hall”-da baş tutacaq gecə əyləncə proqramın Ciqan, Mahmut Orhan, Robin Şultz və “Lost Frequencies” kimi məşhur DJ-lər qatılacaq. Bundan başqa  DJ Mendoza hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Yarış həftəsonu ərzində Azərbaycan Qran Prisi çərçivəsində Kristal Zalda keçiriləcək axşam konsertlərindən dərhal sonra baş tutacaq DJ performansları üçün “Elektra Events Hall”-a giriş saat 23:00-da başlayacaq. Gecə əyləncə proqramı üçün biletlərin gündəlik qiyməti 55 AZN təşkil edir və arzu edənlər biletləri www.iticket.az saytından və ya şəhərin müxtəlif nöqtələrində yerləşən bilet satış məntəqələrindən əldə edə bilərlər. 2019 Formula 1 Azərbaycan Qran Prisinə bileti olan şəxslər də sözügedən gecə əyləncə proqramı üçün ayrılıqda bilet satın almalıdırlar.

Əsas mövzular