11:58 19 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
59 0 0

Rizvan Hüseynov: "Azərbaycandakı müvafiq qurumların və dünyadakı təşkilatların diqqətini bu işə cəlb etmək istəyirik"

BAKI, 24 aprel — Sputnik. "Azərbaycanda tarixi memarlıq abidələrinin vəziyyətində müəyyən problemlər var". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

O bildirib ki, Azərbaycan dövləti memarlıq və digər abidələrin öyrənilməsinə və qorunmasına böyük diqqət ayırır: "Ölkəmizdə və ümumilikdə bütün Qafqazda hələ də qeydə alınmamış, öyrənilməmiş və qorunmayan zəngin irs mövcuddur. Onların pasportlaşdırılmasına ciddi ehtiyac duyulur".

"Bu məqsədlə Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü və YUNESKO-nun mənəvi ənənələrin və dinlərarası dialoqun müqayisəli tədqiqatları kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif ölkələrin alim və tədqiqatçılarından ibarət işçi qrup yaradılıb. İşçi qrupa Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər ölkələrin alimləri daxildir. Ora müxtəlif ölkələrdən mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur" — direktor diqqətə çatdırıb.

R.Hüseynov bildirib ki, işçi qrupu üzvlərinin ilk olaraq Azərbaycanın qərb regionuna səfəri planlaşdırılır: "Həmin ərazilərdə antik, xristian, islam mədəniyyətinə aid olan abidələrin araşdırılması və pasportlaşdırılması nəzərdə tutulub. Bu layihəni gerçəkləşdirməklə Azərbaycandakı müvafiq qurumların və dünyadakı təşkilatların diqqətini bu işə cəlb etmək istəyirik".

Əlaqədar

Prezident Xocalı abidəsini ziyarət edib
İsmayılov: “İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib”
Balakəndə Alban katolikosluğuna aid unikal abidə aşkarlanıb
Tərtərdəki tarixi abidə Ermənistanın hədəfində
Teqlər:
Qafqaz Tarix Mərkəzi, Rizvan Hüseynov, direktor, abidə, memarlıq, tarix, Azərbaycan

Əsas mövzular