02:31 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
MƏDƏNİYYƏT
Qısa URL
441

Ssenarist və quruluşçu rejissor Zaza Cicinadzedir

BAKI, 25 yanvar — Sputnik. Azərbaycanlı aktyor Hollivud filmində rol alıb. Hollivud, Bollivud və Gürcüstanın birgə layihəsi olan filmdə azərbaycanlı aktyor Murad Abdullayev də  oynayacaq. Murad Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilin yay aylarında Gürcüstanda çəkilişləri nəzərdə tutulan filmin adi "Pianoplayer"-dir.

Kaskadyor Murad Abdullayev
© Sputnik / Murad Orujov
Kaskadyor Murad Abdullayev

Aktyor bildirib ki, kriminal-dram janırında lentə alınacaq filmdə Hollivuddan, Bollivuddan, eyni zamanda Rusiya, Avstriya və Azərbaycandan aktyorlar çəkiləcək: "Ssenarist və quruluşçu rejissor Zaza Cicinadzedir. Azərbaycandan filmdə iştirak edəcək yeganə aktyor mənəm. Mənim qəhrəmanım film boyu mafiya üzvü olur, amma filmin sonunda onun azərbaycanlı xüsusi təyinatlı olduğu bilinəcək. Bir sözlə, filmdə Azərbaycanı təmsil edəcəm".

Əsas mövzular