BAKI, 7 dekabr — Sputnik. Tanınmış müğənni, muğam ifaçısı Aygün Bəylər ailə həyatı qurmağa hazırlaşır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun prodüseri Sultan sosial şəbəkədə yazıb.
O bildirib ki, Aygün Bəylərlə yollarını ayırıb, bundan sonra ona prodüsserlik etməyəcək: "Bəli, bu gündən etibarən Aygün Bəylərlə yollarımı ayırdım. Onun haqqında daha mənə sual verməyin. Dostluq və işbirliyi bitdi".
"O, seçimini etdi və gələcək həyat yoldaşı ilə xoşbəxtdir. Biz də bir dost kimi xoşbəxt olmağına sevinirik. Toyunda da iştirak etməyəcəm. 5 il idi ki, ustadın ən sadiq, ən güvəndiyi dostu idim, amma bitdi" — deyə Sultan "Facebook" səhifəsində yazıb.