05:33 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Mirey Dark və Alen Delon, arxiv şəkli

Əfsanəvi aktrisa öldü

© REUTERS / Charles Platiau
MƏDƏNİYYƏT
Qısa URL
109 0 0

Onun tərəf müqabilləri fransız kinosunun Jan Qaben, Alen Delon, Pyer Rişar kimi nəhəngləri olub

BAKI, 28 avqust — Sputnik. Əfsanəvi fransız aktrisası Mirey Dark 79 yaşında Parisdə vəfat edib. Sputnik Azərbaycan bildirir ki, bu barədə aktrisanın qohumları Fransanın “RTL” radiosuna xəbər veriblər.

Onun ölüm səbəbləri açıqlanmayıb. Məlumdur ki, aktrisa 2016-cı ildə üz dəfə insult keçirib, beyninə qan sızması nəticəsində danışmaq qabiliyyətini itirib. Dark 1938-ci ildə Tulon şəhərində doğulub. Karyerası ərzində 50-dən çox filmdə, o cümlədən “Qara çəkməli uzun sarışın”, “Uzun sarışının qayıtması”, “Yeşik oyunu”, “Donmuş sinə”, “Borsalino”, “Çərlədən nənənin qayıtması” kimi məşhur filmlərdə çəkilib. Onun tərəf müqabilləri fransız kinosunun Jan Qaben, Alen Delon, Pyer Rişar kimi nəhəngləri olub.

1970-ci illərdə Alen Delonla görüşüb. 2005-ci ildə isə Fransa Fəxri Legionunun cəngavəri tituluna layiq görülüb.

Əlaqədar

Məşhur aktrisa hamının gözlədiyi suala cavab verdi
Aktrisa ətraf mühitin qorunmasına belə töhfə verdi
Tanınmış aktrisadan üzücü xəbər
Beşinci dəfə dünyanın ən gözəl qadını seçilən aktrisa
Məşhur aktrisa ikinci dəfə boşanır
Teqlər:
Mirey Dark, fransız aktrisası, vəfat, Paris

Əsas mövzular