BAKI, 28 avqust — Sputnik. Əfsanəvi fransız aktrisası Mirey Dark 79 yaşında Parisdə vəfat edib. Sputnik Azərbaycan bildirir ki, bu barədə aktrisanın qohumları Fransanın “RTL” radiosuna xəbər veriblər.
Onun ölüm səbəbləri açıqlanmayıb. Məlumdur ki, aktrisa 2016-cı ildə üz dəfə insult keçirib, beyninə qan sızması nəticəsində danışmaq qabiliyyətini itirib. Dark 1938-ci ildə Tulon şəhərində doğulub. Karyerası ərzində 50-dən çox filmdə, o cümlədən “Qara çəkməli uzun sarışın”, “Uzun sarışının qayıtması”, “Yeşik oyunu”, “Donmuş sinə”, “Borsalino”, “Çərlədən nənənin qayıtması” kimi məşhur filmlərdə çəkilib. Onun tərəf müqabilləri fransız kinosunun Jan Qaben, Alen Delon, Pyer Rişar kimi nəhəngləri olub.
1970-ci illərdə Alen Delonla görüşüb. 2005-ci ildə isə Fransa Fəxri Legionunun cəngavəri tituluna layiq görülüb.