07:51 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Televizor pultu

Populyar serial ekranlara qayıdır

CC0 / Astryd_MAD / tv
MƏDƏNİYYƏT
Qısa URL
168 0 0

15 il əvvəl başlamış serial dördüncü dəfə efirə qayıdır

BAKI, 24 iyul — Sputnik. Türk seriallarının fenomeni sayılan "Çocuklar Duymasın" filmi illər sonra yeni seriyaları ilə ekranlara qayıdır. Serial bu axşam Kanal D-də yayımlanmağa başlayacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Çocuklar Duymasın"ın əfsanəvi aktyorları serialın ekranlara qayıtması ilə bağlı sevinclərini CNNTurk-lə bölüşüblər.

Tamer Karadağlı: "Bütün "Çocuklar Duymasın" sevənlərə xeyirli-uğurlu olsun! Çox gözəl və komik bölümlər onları gözləyir. "Çocuklar Duymasın" Türkiyənin çox gözəl bir rəngi idi. Bu axşam izləyicimiz o rəngə yenidən qovuşur". 

Pınar Altuğ: "Uzun fasilədən sonra tamaşaçı ilə görüşmək bizi də çox həyəcanlandırır. Amma digər tərəfdən sanki son seriyanı keçən həftə çəkmişik kimi gəlir adama. Aramızdakı bu gözəl təəssüratın tamaşaçılara da sirayət edəcəyini düşünürük".

Zeyno Günenç: "Çox xoşbəxt və həyəcanlıyam. 15 il əvvəl başlamış super bir yolçuluq indi Kanal D-də davam edir. Dördüncü dəfədir yenidən başlayırıq. Bu, türk serialları tarixində ilk hadisədir. Həyəcanla yenidən görüşümüzü gözləyirik".

Volkan Severcan: "Kanal D ekranında yenidən başlamağımıza görə çox şadam. Həyəcanla bu axşam tamaşaçılarla görüşü gözləyirəm. Bütün komandamızla birlikdə ilk gündə olduğu kimi çalışırıq. "Çocuklar Duymasın"ın bütün sevərlərinə xeyirli-uğurlu olmasını arzulayıram".

Melek Şahin: "Küçədə rastladığım hər kəs dərhal "Yenidən başlayacaqmı? Başlasa nə yaxşı olar, yenə baxardıq" deyirlər. Bu, elə bir serialdır ki, təkrar-təkrar veriləndə də həvəslə baxılır. Yenidən yayıma başladığı üçün çox xoşbəxtik. Kanal D-də yayımlanması isə bir başqa xoşbəxtlikdir". 

Suzan Kardeş: "Mən də başlayacağını eşidəndə çox sevindim. Bütün aktyorların və texniki heyətin bu işə bu qədər inanması, sanki ilk dəfə başlayırıqmış kimi çalışması mənə çox qeyri-adi gəlmişdi. Bunu komandaya daxil olanda hiss etdim. Bu komandaya qatılmaq mənə həyəcan verir. Bu, heç gözləmədiyim, amma çox arzuladığım bir şey idi. Elə hey "bircə seriyasında oynasaydım, daha bir hekayəm olardı" deyə xəyal edirdim. Bu, mənə verilmiş çox gözəl bir hədiyyədir".

Alpaslan Özmol: ""Çocuklar Duymasın" uzun illərdir içində olduğum layihədir. Artıq bir ailə kimi olduq. Kanal D-də yenidən yayıma başlayacağına şadam".

Ferdi Akarnur: "Yayımlandığı ilk gündən indiyədək reytinq rekordlarını qıran və cox sevilən "Çocuklar Duymasın"ın yenidən Kanal D-də başlamasına çox şadam".

Şükrü Koruyucu: "İllərdir dəsti-xəttini pozmayan, maarifləndirici, ibrətamiz, məlumatlandırıcı, xəbədaredici və tam bir ailə serialıdır".

Alp Eren Khamis: "Bu axşam çox zövqlü, hər cür sıxıntıdan uzaq, kefli bir axşam olacaq".

Öykü Güven: "Bundan 7 il əvvəl fərqinə belə varmadan çox gözəl bir yola başlamışam. İndi 14 yaşım var və bu yola daha can-başla davam edirəm. Çox xoşbəxtəm. Biz də yeni bölümü həyəcanla gözləyirik. Doğru zamanda və doğru kanalda olduğumuza inanıram".

Vatan Şaşmaz: "Yenə əfsanə serialımızla tamaşaçıların qarşısındayıq. İllər keçsə də, yenə eyni dad, eyni həvəslə güldürəcək və düşündürəcəyik. Canlandırdığım Engin obrazı ilə komik mübarizəm davam edəcək".

Mehmet Auf: "Bizi bizdən yaxşı bilən, davamlı olaraq xatırlayan və xatırladan möhtəşəm tamaşaçılar hər dəfə görəndə "davam edəcəkmi?" deyə soruşurdular. İndi onlara böyük məmnuniyyətlə "bəli" deyə bilməyin dadını çıxarırıq". 

Süleyman Yağcı: "Bizi başına tac edən xalqımıza minnətdarıq. Kanal D-yə, rejissor-senarist Birol Güvenə, onun komandasına, aktyor dostlarıma təşəkkür edirəm".

Deniz Gök: ""Çocuklar Duymasın" bu axşam həqiqətən inanılmaz əyləncəli və komik bir seriyası ilə Kanal D-də olacaq".

Əsas mövzular