Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rəşid Behbudovun mahnısı rusların məşhur serialında

Abunə olmaq
Rusiyanın yeni serialının rejissoru 60-cı illərin ab-havasını canlandırmaq üçün Rəşid Behbudovun ifasına müraciət edib

BAKI, 10 iyul — Sputnik. SSRİ xalq artisti, əfsanəvi ifaçı Rəşid Behbudovun "Ya vstretil devuşku" ("Bir qız gördüm") mahnısı Rusiya istehsalı olan yeni "Şəhər" serialında səsləndirilib.

Sputnik Azərbaycan bu barədə filmin kadrlarının yayımlandığı Facebook sosial şəbəkəsinə istinadla xəbər verir.

Filmdə 60-cı illərin atmosferini yaratmaq üçün rejissor məhz məşhur Azərbaycan mahnısını seçib.

Film tarixi mövzudadır. Buradakı hadisələr 1961-ci ildə hər hansı cinayətin baş vermədiyi iddia edilən balaca şəhər olan Strunevoda cərəyan edir. Amma şəhər milis şöbəsinə yeni gələn əməliyyatçı Rodion Stotski tezliklə anlayır ki, bu firavan təməli olan qəribə şəhərdə çoxlu sirlər gizlənir.

Rəşid Behbudovun ifasındakı həmin mahnını filmin birinci seriyasının 15:53-cü dəqiqəsində dinləmək olar.

Xəbər lenti
0