07:16 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
18010

Gənc müğənni Kiyevin məşhur beynəlxalq musiqi layihəsində ikinci tura keçib

BAKI, 13 fev — Sputnik. Azərbaycanlı ifaçı Cavid Məmmədov dünyada məşhur olan “Ukraynanın səsi-7” şousunda uğurla çıxış edib. Bu barədə Sputnik Azərbaycan-a müğənni özü məlumat verib. Dinləmə zamanı o, Antonio Banderasın repertuarında olan "Cancion del mariachi" mahnısını oxuyub. 

Onun səsinə təkcə “Avroviziya-2016”-nın qalibi Camala dönüb. Buna görə də, Cavid bu layihədə iştirakını Camalanın komandasında davam etdirəcək. Müğənninin xahişi ilə Məmmədov Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”-i də oxuyub. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, Cavid Məmmədov Gəncədə anadan olub. Lokomativ deposunda çilingər işləyir. Müğənni olmaq ən böyük arzusudur. 

Sözügedən müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.


Əlaqədar

Lənkəranda əməliyyat: müğənni-narkobaron həbs olunub
Məşhur müğənni Afrikadan iki uşağı övladlığa götürüb
İslamı qəbul edən ingilis müğənni Ərdoğanı ziyarətə gəldi
Teqlər:
Lokomativ deposu, çilingər, Küçələrə su səpmişəm, "Cancion del mariachi", müğənni, Avroviziya-2016, Ukraynanın səsi-7” şousu, 1+1” telekanalı, Camala, Cavid Məmmədov, Gəncə, Ukrayna

Əsas mövzular