BAKI, 13 fev — Sputnik. Azərbaycanlı ifaçı Cavid Məmmədov dünyada məşhur olan “Ukraynanın səsi-7” şousunda uğurla çıxış edib. Bu barədə Sputnik Azərbaycan-a müğənni özü məlumat verib. Dinləmə zamanı o, Antonio Banderasın repertuarında olan "Cancion del mariachi" mahnısını oxuyub.
Onun səsinə təkcə “Avroviziya-2016”-nın qalibi Camala dönüb. Buna görə də, Cavid bu layihədə iştirakını Camalanın komandasında davam etdirəcək. Müğənninin xahişi ilə Məmmədov Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”-i də oxuyub. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, Cavid Məmmədov Gəncədə anadan olub. Lokomativ deposunda çilingər işləyir. Müğənni olmaq ən böyük arzusudur.
Sözügedən müsabiqə Ukraynanın “1+1” telekanalında yayımlanır.