16:27 28 İyun 2017
Canlı yayım
Opera və Balet Teatrı

Ukraynalı aktyorlar Bakıya gələcəklər

sputnik.az/ Pəri Abbaslı
MƏDƏNİYYƏT
Qısa URL
4 0 0

Opera və Balet Teatrında Verdinin "Traviata" operasının tamaşası səhnələşdiriləcək

BAKI, 5 yan — Sputnik. Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası səhnələşdiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, teatrın rəhbərliyi tamaşanın bədii səviyyəsini daha da yüksəltmək məqsədilə, əsas rolları ifa etmək üçün Ukrayna Milli operasının solistləri — Ukraynanın xalq artisti Olqa Naqornayanı (Violetta) və Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmini (Alfred) dəvət edib.

Tamaşada həmçinin, Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri — xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon, ilk dəfə) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər. Qeyd edək ki, dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Əlaqədar

Kukla Teatrından balaca tamaşaçılara müjdə
“Generalın son əmri” tamaşası oynanılıb
"Şah Qacar" tamaşası 50-ci dəfə nümayiş olunacaq
"Aktyor seriala çəkilsin deyə, biz tamaşanı təxirə sala bilmərik"
"Bu tamaşanı Şuşada oynayacağıq"
Yeni tamaşa gəlir
Teqlər:
solist, "Traviata", vokal, opera, Opera və Balet Teatrı, Ukrayna

Əsas mövzular