BAKI, 5 yan — Sputnik. Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası səhnələşdiriləcək. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, teatrın rəhbərliyi tamaşanın bədii səviyyəsini daha da yüksəltmək məqsədilə, əsas rolları ifa etmək üçün Ukrayna Milli operasının solistləri — Ukraynanın xalq artisti Olqa Naqornayanı (Violetta) və Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmini (Alfred) dəvət edib.
Tamaşada həmçinin, Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri — xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon, ilk dəfə) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər. Qeyd edək ki, dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.