14:34 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
MƏDƏNİYYƏT
Qısa URL
67410

Rəhim Rəhimov: "Qohumlar, ailə arasında müzakirələr gedir. Hazırda donor axtarışındayıq. Yaxın qohumların böyrəyi uğun gəlmədi. İndi bir az kənar qohumların böyrəyi yoxlanılır"

BAKI, 22 iyun — Sputnik. Kukla Teatrının aktyoru Rəhim Rəhimov böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Bu barədə o, Sputnik-ə açıqlamasında məlumat verib.

Dediyinə görə, əvvəllər səhhətində heç bir problem olmayıb: "Bir müddət öncə problem yarandı və müayinə zamanı böyrəklərimin fəaliyyətində problem olduğu bilindi. Bir müddət müalicə aldım, düzəldim. Amma son yoxlamalara görə, böyrəyimin fəaliyyəti 29 faizdir".

"Yavaş-yavaş azalmağa doğru gedir. Həkimlər deyirlər ki, təcili böyrək dəyişilməsi olmalıdır. Onlar məsləhət görürlər ki, bu əməliyyat dializə düşməmişdən öncə aparılsa, daha uğurlu olar", — R. Rəhimov bildirib.

O, hazırda müalicə olunur, bədəninə sistemlər köçürülür: "Amma buna baxmayaraq, işə gedib-gəlirəm. Çünki buna məcburam. Bu boyda maddiyyatın qarşılığında dayanmaq lazımdır".

Aktyor böyrək əməliyyatı üçün donor axtarışında olduqlarını da qeyd edib: "Bunun üçün uyğun donor tələb olunur. Qohumlar, ailə arasında müzakirələr gedir. Hazırda donor axtarışındayıq. Yaxın qohumların böyrəyi uğun gəlmədi. İndi bir az kənar qohumların böyrəyi yoxlanılır. Mənim qan qrupum — 2-dir. Düzü, əməliyyat da çətindir, adam qorxur".

R. Rəhimov dostlarının onun adına hesab açdıqlarını deyib: "Səhhətimdə yaranan problemi heç yerdə işıqlandırmamışam. Neçə aydır ki, mən bu xəbəri gizlədirəm. Ha çalışdım ki, qarşısını alıb özüm həll edim, amma bacarmadım. Əməliyyatım üçün 40 min dollardan çox vəsait tələb olunur".

Aktyorlar üçün açılan bank hesabı:

Kapital Bank
Benefisiarın adı: Rəhim Rəhimov Məmməd Hüseyn
Hesab: AZ19AIIB41010019440036391118
VÖEN: 9900003611

Əlaqədar

10 il böyrək çatışmazlığından əziyyət çəkən Könül ailə qurdu
Böyrək çatışmazlığından əziyyət çəkən xəstənin toyu oldu
Böyrək daşına səbəb olan qida məhsulları
Ana böyrəyini öz övladına verdi
Uroloq: çox çay içmək böyrək daşı xəstəliyi yaradır
Teqlər:
40 min dollar, donor, Rəhim Rəhimov, Kukla Teatrı, pul, böyrək, aktyor

Əsas mövzular