02:32 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Hamam iki hissədən ibarətdir

XIX əsrin möcüzəli hamamları

© Sputnik / Rahım Muradov
MƏDƏNİYYƏT
Qısa URL
35610

Döşəmələri elə qızdırırmış ki, hamama gələnlər ayaqları yanmasın deyə taxta başmaqlar geyirlərmiş.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 iyun-Sputnik. Astara rayonunun çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri var. Həmin abidələrdən 102 ədədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü"nə daxil edilib. Bu abidələr uçota alınıblar və onlara rəsmi inventar nömrəsi verilib. Dərəcəsinə görə həmin abidələrdən 26-sı arxeoloji, 48-i yerli əhəmiyyətli memarlıq, 2-si bağ-park monumental xatirə, 21- yerli əhəmiyyətli arxeoloji, 5-i dekorativ-tətbiqi sənət, qalanları isə xalq daş-heykəltaraşlıq nümunəsinə ayrılıb. Astara abidələrindən xüsusilə seçilən 3 abidə var ki, onlar da XIX əsrin yadigarı olan hamamlardır.

Təmizlik-paklıq məkanı hamamlar

Lap qədim dövrlərdən məlum olur ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü və mədəni göstəriciləri arasında hamamların xüsusi yeri var. Hamamlar tarixən təmizlik, paklıq məskəni olaraq insanlar üçün rahat yerlərdən sayılıblar. Uzun müddət həm qadınlar, həm də kişilər ayrı-ayrı günlərdə hamamlara toplaşıb istirahət edər, söhbətləşər və burada şəfa tapmağa çalışarmışlar. Bu mənada ölkəmizdə olan qədim hamamlar xalqımızın mədəni tarixini özündə birləşdirməklə bərabər, maddi mədəniyyət abidəsi və memarlıq nümunəsi kimi də əhəmiyyətlidir.

  • XIX əsr yadigarı olan hamam
    XIX əsr yadigarı olan hamam
    © Sputnik / Rahım Muradov
  • Bu hamamın 10 günbəzi var və xeyriyyəçi Məşədi Abu-Talıb tərəfindən inşa etdirilib
    Bu hamamın 10 günbəzi var və xeyriyyəçi Məşədi Abu-Talıb tərəfindən inşa etdirilib
    © Sputnik / Rahım Muradov
  • Məşədi Abu-Talıb hamamın tikintisində kərpicdən, yumurta sarısı və külün qarışığından alınan məmulatdan istifadə edib və hamamın tikintisində şəxsən özü iştirak edib
    Məşədi Abu-Talıb hamamın tikintisində kərpicdən, yumurta sarısı və külün qarışığından alınan məmulatdan istifadə edib və hamamın tikintisində şəxsən özü iştirak edib
    © Sputnik / Rahım Muradov
  • Hamam iki hissədən ibarətdir
    Hamam iki hissədən ibarətdir
    © Sputnik / Rahım Muradov
  • Məşədi Abu-Talıb hamamın tikilməsi üçün Cənubi Azərbaycandan ən səriştəli ustaları gətirib
    Məşədi Abu-Talıb hamamın tikilməsi üçün Cənubi Azərbaycandan ən səriştəli ustaları gətirib
    © Sputnik / Rahım Muradov
  • Hamamın giriş hissəsində binanın ortasında hövuz var
    Hamamın giriş hissəsində binanın ortasında hövuz var
    © Sputnik / Rahım Muradov
  • Hovuzun kənarlarında daşdan hörülmüş kürsü, kürsünün içində isə yarımdairəvi taxçalar var
    Hovuzun kənarlarında daşdan hörülmüş kürsü, kürsünün içində isə yarımdairəvi taxçalar var
    © Sputnik / Rahım Muradov
  • Həmin vaxt elektrik enerjisi olmadığından hamamın içi günbəzlərdən düşən günəş işığının hesabına işıqlandırılırdı
    Həmin vaxt elektrik enerjisi olmadığından hamamın içi günbəzlərdən düşən günəş işığının hesabına işıqlandırılırdı
    © Sputnik / Rahım Muradov
  • Kənd sakini İntizar Mürsəlov
    Kənd sakini İntizar Mürsəlov
    © Sputnik / Rahım Muradov
1 / 9
© Sputnik / Rahım Muradov
XIX əsr yadigarı olan hamam

Azərbaycan ərazisində olan bütün hamamların ümumi cəhətləri isə onların günbəz formasında olması və bir xətt üzrə tikilməsidir. Ötən əsrlərdə ustalar hamamları günbəz formasında ona görə tikiblər ki, burada yaranan buxar suya çevriləndən sonra divarlardan süzülərək kənarlara axsın, insanların üstünə dammasın. Hamamın inşasında günbəzlərin tikintisinin digər əhəmiyyəti də hamamın qızdırılması ilə bağlıdır.

Qədimlərdə hamamlarda suyu böyük mis qazanlarda, iri bidonlarda qızdırıblar. Eyni zamanda, suyun qızdırılması zamanı yaranan buxar, tüstü xüsusi vasitələrlə daş döşəmələrin altına yönləndirilib. Bu da döşəmələri elə qızdırırmış ki, hamama gələnlər ayaqları yanmasın deyə taxta başmaqlar geyirlərmiş. İnşa olunduğu ilk vaxtlarla müqayisədə keçən əsrin ortalarında hamamın qızdırma sistemi, soyunma-geyinmə otağı, buxar yerləri və bunlardan istifadə daha da təkmilləşdirilib.

Sözügedən hamamların tarixi ornamentləri indiyə qədər qorunub saxlanıb.

Astarada xeyriyyəçilər tərəfindən inşa edilən hamamlar

Astarada XIX əsrin yadigarı olan hamamlar xüsusilə seçilir. Bu hamamları quruluşuna və istifadə imkanlarına görə, öz dövrünün möcüzələri adlandırmaq olar. Bunlardan ən qədimi 1806-cı ildə Ərçivan kəndində Kərbəlayi Həmid Abdulla tərəfindən inşa olunan hamamdır. 8 günbəzli bu hamamdan Ərçivan kənd sakinləri ilə yanaşı qonşu kəndlərin camaatı da istifadə ediblər.

Rayonun Pensər kəndi ərazisində də oxşar hamam mövcuddur. Lakin bu hamamın 10 günbəzi var və əvvəlki hamamlardan 80 il sonra xeyriyyəçi Məşədi Abu-Talıb tərəfindən inşa etdirilib. Pensər kəndində olan bu tarixi abidə haqqında daha geniş məlumat almaq üçün kənd sakini İntizar Mürsəlovla görüşdük. İntizar Mürsəlov bildirdi ki, Ərçivan kəndindəki hamamda olduğu kimi, bu hamamda da qadınlar həftənin tək günləri, kişilər isə cüt günləri istifadə ediblər.

İ.Mürsəlov Ərçivan hamamının tarixindən bəhs edərkən deyib:

"Məşədi Abu-Talıb Hazı Cahangir oğlu 1855-ci ildə Astara rayonunun Pensər kəndində doğulub. O, dövrünün tanınmış tacirlərindən olub və ömrünün çox hissəsini ticarətlə keçirib. Kəndin xeyirxah insanlarından biri olub. Məşədi Abu-Talıb Cənubi Azərbaycandan kəndimizə ən səriştəli ustaları gətirib və onlara hamam binasını tikdirib."

İ. Mürsəlovun sözlərinə görə, Məşədi Abu-Talıb hamamın tikintisində atasının həyətindəki kərpic kürəsində kəsilən kərpiclərdən, yumurta sarısı və külün qarışığından alınan məmulatdan istifadə edib. Hamamın tikintisində o özü şəxsən iştirak edib.

"Deyilənə görə, hamam 7-8 aya zirzəmi üstündə tikilib. Hamam istifadəyə verilərkən kənd camaatının böyük sevincinə səbəb olub." — deyə İ.Mürsəlov bildirib. O, Sputnik oxucularına hamam haqqında ətraflı məlumat verib:

"Hamam iki hissədən ibarətdir. Giriş hissəsində, binanın ortasında hövuz var. Hovuzun kənarlarında daşdan hörülmüş kürsü, kürsünün içində isə yarımdairəvi taxçalar var ki, bu da hamamdan istifadə edən sakinlərin ayaqqabılarının qoyulması üçün tikilib. Dörd tərəfdə geyinmə-sorunma yerləri hazırlanıb. Əvvəl də dediyim ki hamam XIX əsrdə tikilib. Təbii ki həmin vaxt elektrik enerjisi yox idi. Hamamın içi günbəzlərdən düşən günəş işığının hesabına işıqlandırılıb. İkinci hissədə çimməkdən ötrü iki yerdə isti və soyuq su üçün krantlar qoyulub. Çimmə otaqları isə dörd hissəyə ayrılıb. Aşağı zirzəmidə qalanan odunların istiliyi həm hamamı qızdırır, həm də yuxarı otaqlara buxar verirdi. Bu hamamda çimmək günlərə bölünürdü. Belə ki, həftənin tək günləri qadınlar, cüt günləri isə kişilər çimərdilər. Özü də ilk cüt günlərdə gənc oğlanlar, qalan cüt günlərdə isə yaşlı və orta yaşlı kişilər hamamdan istifadə edərdilər."

Məlumat üçün bildirək ki, Məşədi Abu-Talıb hamamı elə indi də onun adını daşıyır. Bundan əlavə Məşədi Abu-Talıb kəndin ərazisində iki binadan ibarət bir məscid də tikdirib.

Əlaqədar

Astara sakinlərinin evləri əllərindən alınacaq
Astara rayon sakini 1 kq heroini və 400 qr tiryəki satarkən tutulub
Ələt-Astara yolunda zəncirvarı qəza baş verib, ölən və xəsarət alanlar var
Sabah Astara çayı üzərində dəmiryolu körpüsünün təməli qoyulacaq
Qəzvin-Rəşt-Astara dəmiryolu bu tarixdə istismara veriləcək
Teqlər:
Azərbaycan Respublikası Nazirlər Kabineti, Məşədi Abu-Talıb, Kərbəlayi Həmid Abdulla, Kərbəlayi, Pensər, Ərçivan, Astara, hamam

Əsas mövzular