Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan filmi Paris festivalında mükafat qazandı

İşıq gələn tərəf filmi
İşıq gələn tərəf filmi - Sputnik Azərbaycan
Abunə olmaq
Xəyyam Abdullayev və Elməddin Əliyevin “İşıq gələn tərəf” filmi Parisdə keçirilən “13th İnternational Festival Signs of the Night” festivalında münsiflərin xüsusi mükafatına layiq görülüb.

BAKI, 4 yan — Sputnik. Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin “İşıq gələn tərəf” filmi Parisdə keçirilən “13th İnternational Festival Signs of the Night” film festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

APA-nın məlumatına görə, sözügedən film Fransada keçirilən “38th Clermont Ferrand Short film festival” əsas proqramında da iştirak edəcək.

Fevralın 6-dan 13-dək keçiriləcək festivalda iştirak etmək üçün yaradıcı heyət Parisə dəvət olunub.

“İşıq gələn tərəf” filmi bir ailənin hekayəsini əks etdirir. Filmin prodüseri Emin Nəsirli, quruluşçu operatoru Elman Əliyevdir.

Ekran əsərində aktyorlar Anar Şəfiyev, Hüsniyyə Əhmədova, Qədir Həsənov, Elmir Əliyev və Günel Əliyeva rol alıb.

Xəbər lenti
0