14:57 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
YAZARLAR
Qısa URL
20010

İslahatlar səkkiz ay əvvəl start götürsə də, dəfələrlə tənqid etdiyimiz məsələlərdə bir irəliləyiş yoxdur.

Mədəniyyət Nazirliyinin fəaliyyətini illərdir izləyirəm və qarşılaşdığım problemləri tam səmimi şəkildə, heç bir qərəz güdmədən tənqid edirəm. Xüsusilə bələd olduğum ədəbiyyat və kino sahəsindəki vəziyyət məni hər zaman narahat edib. Bu ilin may ayında Mədəniyyət Nazirliyində yoxlamalar və həbslər başlayanda, prosesi sonuna qədər izləməyə qərar verdim. Tələskənlik edib, hadisələri qabaqlamaq istəməsəm də, ciddi və əsaslı dəyişikliyə o zaman da ümid etmirdim, indi də özümü aldatmaq istəmirəm. Nazirlikdə ciddi postları tutan şəxslər “mənimsəmə”, “korrupsiya” əməllərində günahkar bilinərək həbs edildi, bəzi əməkdaşlar, eləcə də Mədəniyyət Naziri vəzifədən getdi. Bütün bu hadisələr ciddi islahat dalğasının başladığı mesajını versə də, sonrakı proseslər göstərdi ki, şəxslər dəyişsə də, mahiyyət dəyişmir.

İslahatlar səkkiz ay əvvəl start götürsə də, dəfələrlə tənqid etdiyimiz məsələlərdə bir irəliləyiş yoxdur. Məsələn, hər il olduğu kimi, bu il də Prezidentin xüsusi təqaüdü ilə bağlı qaranlıq məqamlar çoxdur. Dəfələrlə bu mövzuda yazsam da, nazirlik israrla susub. Mən bir qələm adamı kimi Prezidentin xüsusi təqaüdünü alan yazıçıların, rəssamların, bəstəkarların siyahisinin cəmiyyətə açıqlanmasını təklif və tələb edirəm. Nazirlik isə bu məsələnin üzərindən sükutla, laqeyidliklə keçir. Şəxsən mən bu sahədə ciddi saxtakarlığın olduğuna adım kimi əminəm. Dəfələrlə bu barədə yazdığım yazılarda fikirlərimi və iddialarımı sübut etmişəm. Mədəniyyət Nazirliyinin rəsmiləri islahatlardan sonra da susurlarsa və ya bütün bu qaranlıq məqamlara aydınlıq gətirməkdən imtina edirlərsə, islahatdan danışmaq absurddur. Mədəniyyət nazirliyi fəaliyyətinə “Köhnə hamam, köhnə tas” prinsipi ilə davam ediləcəkdisə, bu islahatlar nə üçün lazım idi?

Ölkə Prezidentin sərəncamları ilə nazirlikdə çox ciddi kadr dəyişiklikləri baş verdi, xüsusilə gənclərə şans verilməsi olduqca mütərəqqi addım kimi yadda qaldı. Ölkə rəhbrliyi səviyyəsində islahatlara start verilib, ancaq biz yeni təyin olunan kadrların islahat meyillərini hiss etmirik.

Mədəniyyət nazirinin birinci müavini təyin edilən və nazir vəzifəsini icra edən Anar Kərimovun vəzifəyə başlamasından sonra şəxsən mən ciddi addımların atılmasını gözləyirdim.

Əlində Azərbaycan bayrağı olan uşaq, arxiv şəkli
© AFP 2020 / ILKIN HUSEYNOV

Məsələn, cənab Anar Kərimovdan soruşmaq istəyirəm ki, nə üçün bu il Prezidentin xüsusi təqaüdünü alan şəxslərin adları hələ də açıqlanmır? Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında nələr baş verir? Yoxlamaların nəticəsi, korrupsiya faktları nə üçün ictimaiyyətə açıqlanmır? Dövlət sifarişi ilə çəkiləcək, dövlət büdcəsindən maliyyə vəsaiti ayrılan filmlərin taleyi necə olacaq?

Cənab Anar Kərimov, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin gördüyü işlərlə maraqlanmaq imkanınız olubmu? Əgər maraqlanmısınızsa, siz bu şöbənin fəaliyyətindən razısınızmı? Nə üçün bu şöbədə xüsusi dəyişiklik, kadr islahatları baş vermədi? Teatrların bağlı olduğu pandemiya dönəmində, İncəsənət şöbəsi hansı işlə məşğuldur?

Ümumiyyətlə cavab tapmadığımız bir çox suallar, aydınlıq gətirilməli çoxsaylı problemlər var.

Pandemiyadan öncə ölkənin müstəqil kino adamları nazirlikdə müəyyən görüşlər keçirir, müzakirələr aparırdı. Kinoteatrların məlum səbəblərdən bağlı olması, bu müzakirələri də unutdurdu. Kino sahəsində konkret hansı islahatlar nəzərdə tutulur?

Səkkiz ay kifayət qədər uzun müddətdir. Düşünürəm ki, aylardır susan Mədəniyyət Nazirliyinin rəsmiləri nəhayət ki, ictimaiyyəti maralandıran suallara cavab verməli, ölkə rəhbərliyinin tövsiyələrinə hansı dərəcədə əməl olunduğunu açıqlamalıdır. İslahatlardan danışırıqsa, şəffaflığa əməl olunmlı, yeni təyinatlarla, isahatlarla, görülən tədbirlərlə bağlı şəffaflıq qorunmalıdır.

Milli Məclisin Mədəniyyət Komitəsi sədri millət vəkili Qənirə Paşayeva hələ payız sessiyasının ilk iclasında müəyyən təkliflər səsləndirib, qanunvericilikdə böyük dəyişikliklərə və təkmilləşdirmələrə ehtiyac duyduğunu bildirib.

Ümid edirəm ki, Mədəniyyət nazirinin birinci müavini və nazir vəzifəsini icra edən Anar Kərimov ictimaiyyəti narahat edən suallara cavab vercək, Milli Məclis də mədəniyyət sahəsi ilə bağlı qanunvericilikdə lazımi dəyişiklik və təkmilləşdirmələri həyata  keçirəcək.

Mən isə hər zamanki kimi, səbrlə suallarıma cavab gözləyirəm...

Əsas mövzular