20:47 27 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
AZƏRBAYCAN
Qısa URL
21 0 0

Respondentlərin 41,4%-i sifarişləri mobil tətbiq, 12,6%-i veb-sayt, 9,4%-i “Whatsapp”, 18,8%-i digər sosial şəbəkələr, 17,8%-i isə telefon zəngi vasitəsilə edir.

BAKI, 18 avqust — Sputnik. Pandemiya dövründə vətəndaşların onlayn çatdırılma və sifariş xidmətlərinə müraciətləri kəskin artıb. Bunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 27 iyul – 2 avqust tarixlərində bu mövzuda növbəti dəfə sorğu keçirilib.

Sorğuda iştirak edən 500 respondentin 52%-ni qadınlar, 48%-ni isə kişilər təşkil edib. Bu barədə MTM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sorğunun nəticələri göstərir ki, respondentlərin 55,2%-i pandemiya dövründə çatdırılma xidmətlərinin fəaliyyətindən razı olsa da, 35,8%-i sifarişlərin vəd edilən vaxtda çatdırılmamasından, 9%-i isə arzuolunan formada təqdim olunmamasından narazıdır.

Respondentlərin 41,4%-i sifarişləri mobil tətbiq, 12,6%-i veb-sayt, 9,4%-i “Whatsapp”, 18,8%-i digər sosial şəbəkələr, 17,8%-i isə telefon zəngi vasitəsilə edir.

“Çatdırılma xidmətindən tez-tez istifadə edirsiniz?” sualına cavab verənlərin 75,4%-i ay ərzində 5 dəfəyədək, 16,8%-i 5-10 dəfə, 7,8%-i isə 10 dəfədən çox variantını seçiblər.

Bir neçə variant seçmək imkanına malik olan sorğu iştirakçıları “Daha çox nə sifariş edirsiniz?” sualına aşağıdakı kimi cavab veriblər:

Yemək 41,6%;

Məişət avadanlığı, elektrotexnika 5,8%;

Geyim, ayaqqabı 31,8%;

Kosmetika və parfümeriya 5,8%;

Ərzaq məhsulları 4,2%;

Digər məhsullar 10,8%

İnsanların kuryerlərdə ən çox rastlaşdığı cəhəti öyrənmək məqsədilə verilən sualı cavablandıranların 45,6%-i kuryerlərin nəzakətli, 29,8%-i nəzakətli və dəqiq, 11,6 %-i səliqəli, 6,2%-i nəzakətsiz, 6,8%-i isə səliqəsiz olduğunu qeyd ediblər. 

Teqlər:
çatdırılma xidməti, Azərbaycan, siğorta

Əsas mövzular