https://sputnik.az/20210818/azerbaycanlilar-daha-cox-yemeye-ustunluk-verir-427727043.html
Azərbaycanlılar daha çox yeməyə üstünlük veriblər - Maraqlı sorğunun nəticələri
Azərbaycanlılar daha çox yeməyə üstünlük veriblər - Maraqlı sorğunun nəticələri
Sputnik Azərbaycan
Respondentlərin 41,4%-i sifarişləri mobil tətbiq, 12,6%-i veb-sayt, 9,4%-i “Whatsapp”, 18,8%-i digər sosial şəbəkələr, 17,8%-i isə telefon zəngi vasitəsilə... 18.08.2021, Sputnik Azərbaycan
2021-08-18T17:54+0400
2021-08-18T17:54+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
çatdırılma xidməti
siğorta
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357435_0:108:3145:1877_1920x0_80_0_0_497b83fa26000efdcfc8a6baeb4fb8a4.jpg
BAKI, 18 avqust — Sputnik. Pandemiya dövründə vətəndaşların onlayn çatdırılma və sifariş xidmətlərinə müraciətləri kəskin artıb. Bunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 27 iyul – 2 avqust tarixlərində bu mövzuda növbəti dəfə sorğu keçirilib.Sorğuda iştirak edən 500 respondentin 52%-ni qadınlar, 48%-ni isə kişilər təşkil edib. Bu barədə MTM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sorğunun nəticələri göstərir ki, respondentlərin 55,2%-i pandemiya dövründə çatdırılma xidmətlərinin fəaliyyətindən razı olsa da, 35,8%-i sifarişlərin vəd edilən vaxtda çatdırılmamasından, 9%-i isə arzuolunan formada təqdim olunmamasından narazıdır.Respondentlərin 41,4%-i sifarişləri mobil tətbiq, 12,6%-i veb-sayt, 9,4%-i “Whatsapp”, 18,8%-i digər sosial şəbəkələr, 17,8%-i isə telefon zəngi vasitəsilə edir.“Çatdırılma xidmətindən tez-tez istifadə edirsiniz?” sualına cavab verənlərin 75,4%-i ay ərzində 5 dəfəyədək, 16,8%-i 5-10 dəfə, 7,8%-i isə 10 dəfədən çox variantını seçiblər.Bir neçə variant seçmək imkanına malik olan sorğu iştirakçıları “Daha çox nə sifariş edirsiniz?” sualına aşağıdakı kimi cavab veriblər:Yemək 41,6%;Məişət avadanlığı, elektrotexnika 5,8%;Geyim, ayaqqabı 31,8%;Kosmetika və parfümeriya 5,8%;Ərzaq məhsulları 4,2%;Digər məhsullar 10,8%İnsanların kuryerlərdə ən çox rastlaşdığı cəhəti öyrənmək məqsədilə verilən sualı cavablandıranların 45,6%-i kuryerlərin nəzakətli, 29,8%-i nəzakətli və dəqiq, 11,6 %-i səliqəli, 6,2%-i nəzakətsiz, 6,8%-i isə səliqəsiz olduğunu qeyd ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/74/424357435_156:0:2887:2048_1920x0_80_0_0_c8fc1d0e7ff857be07fe448087a18b8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, çatdırılma xidməti, siğorta, azərbaycan
xəbərlər, çatdırılma xidməti, siğorta, azərbaycan
Azərbaycanlılar daha çox yeməyə üstünlük veriblər - Maraqlı sorğunun nəticələri
17:54 18.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Respondentlərin 41,4%-i sifarişləri mobil tətbiq, 12,6%-i veb-sayt, 9,4%-i “Whatsapp”, 18,8%-i digər sosial şəbəkələr, 17,8%-i isə telefon zəngi vasitəsilə edir.
BAKI, 18 avqust — Sputnik. Pandemiya dövründə vətəndaşların onlayn çatdırılma və sifariş xidmətlərinə müraciətləri kəskin artıb. Bunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 27 iyul – 2 avqust tarixlərində bu mövzuda növbəti dəfə sorğu keçirilib.
Sorğuda iştirak edən 500 respondentin 52%-ni qadınlar, 48%-ni isə kişilər təşkil edib. Bu barədə MTM-dən
Sputnik Azərbaycan-a verilən məlumata görə, sorğunun nəticələri göstərir ki, respondentlərin 55,2%-i pandemiya dövründə çatdırılma xidmətlərinin fəaliyyətindən razı olsa da, 35,8%-i sifarişlərin vəd edilən vaxtda çatdırılmamasından, 9%-i isə arzuolunan formada təqdim olunmamasından narazıdır.
Respondentlərin 41,4%-i sifarişləri mobil tətbiq, 12,6%-i veb-sayt, 9,4%-i “Whatsapp”, 18,8%-i digər sosial şəbəkələr, 17,8%-i isə telefon zəngi vasitəsilə edir.
“Çatdırılma xidmətindən tez-tez istifadə edirsiniz?” sualına cavab verənlərin 75,4%-i ay ərzində 5 dəfəyədək, 16,8%-i 5-10 dəfə, 7,8%-i isə 10 dəfədən çox variantını seçiblər.
Bir neçə variant seçmək imkanına malik olan sorğu iştirakçıları “Daha çox nə sifariş edirsiniz?” sualına aşağıdakı kimi cavab veriblər:
Məişət avadanlığı, elektrotexnika 5,8%;
Kosmetika və parfümeriya 5,8%;
İnsanların kuryerlərdə ən çox rastlaşdığı cəhəti öyrənmək məqsədilə verilən sualı cavablandıranların 45,6%-i kuryerlərin nəzakətli, 29,8%-i nəzakətli və dəqiq, 11,6 %-i səliqəli, 6,2%-i nəzakətsiz, 6,8%-i isə səliqəsiz olduğunu qeyd ediblər.