https://sputnik.az/20210813/Knlllr-Xzr-Gnn-maariflndirici-tdbirlrl-qeyd-eidblr-427693423.html
Könüllülər Xəzər Gününü maarifləndirici tədbirlərlə qeyd ediblər
Könüllülər Xəzər Gününü maarifləndirici tədbirlərlə qeyd ediblər
Sputnik Azərbaycan
Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin... 13.08.2021, Sputnik Azərbaycan
2021-08-13T20:15+0400
2021-08-13T20:15+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427693288_0:0:1201:680_1920x0_80_0_0_7fe32015add6c9533d84742b169cd6b1.jpg
BAKI, 13 avqust — Sputnik. Dənizkənarı ərazilərdə Xəzər Günü ilə əlaqədar aksiyalar təşkil edilib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin nümayəndələrinin, beynəlxalq təşkilatların və könüllülərin iştirak ediblər.Ümumiyyətlə, Xəzər Günü ilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib və yığılan tullantılar təkrar emal üçün “AzEkol” MMC-yə təhvil verilib.Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib.Nazirliyin rəsmisi ətraf mühitin mühafizəsinə hər zaman qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.Həmçinin oxuyun:Xəzər dənizi haqqında ən maraqlı faktlarDəniz bayramı: Xəzər Gününü qeyd edirik
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427693288_0:0:1201:756_1920x0_80_0_0_278b5c606caad02cf6afd5a0e9f0204b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya, azərbaycan
xəbərlər, dünya, azərbaycan
Könüllülər Xəzər Gününü maarifləndirici tədbirlərlə qeyd ediblər
20:15 13.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib.
BAKI, 13 avqust — Sputnik. Dənizkənarı ərazilərdə
Xəzər Günü ilə əlaqədar aksiyalar təşkil edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin nümayəndələrinin, beynəlxalq təşkilatların və könüllülərin iştirak ediblər.
"Novxanı qəsəbəsinin dəniz sahilində “Ekokönüllülər”, “Yaşıl ASAN” və “Dost” könüllüləri 3 hektar ərazini bərk məişət və digər tullantılardan təmizləyib. Xəzər Dəniz Neft Donanmasına məxsus “Bulvar 1” gəmisi vasitəsilə isə Bakı buxtasında tullantıların yığılması həyata keçirilib", - ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.
Ümumiyyətlə, Xəzər Günü ilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib və yığılan tullantılar təkrar emal üçün “AzEkol” MMC-yə təhvil verilib.
Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib.
Nazirliyin rəsmisi ətraf mühitin mühafizəsinə hər zaman qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.