https://sputnik.az/20210813/Xezer-denizi-haqqnda-en-maraqli-faktlar-427688160.html
Xəzər dənizi haqqında ən maraqlı faktlar
Xəzər dənizi haqqında ən maraqlı faktlar
Sputnik Azərbaycan
Milyon il əvvəl Tetis okeanı olan dünyanın ən böyük gölü unikaldır və sirlərlə doludur. Ətraflı videomuzda. 13.08.2021, Sputnik Azərbaycan
2021-08-13T13:10+0400
2021-08-13T13:10+0400
2021-11-17T00:01+0400
multimedia
video
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427688128_0:0:1920:1080_1920x0_80_0_0_c92de3c548a3abb82f6ace6516a40f82.jpg
Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə Xəzər dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o, okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqləndirən cəhət dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır. Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı.Xəzərin sahəsi 376 000 km²-dir. Ancaq dövri olaraq dənizin sahəsi dəyişir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km, ən dərin yeri 1 025 m-dir.Xəzərin balıq resursları Lena çayı ilə müqayisədə azdır. Dünyanın ən böyük beluqa balığı 11 may 1921-ci ildə Xəzərin Rusiya hissəsində tutulub. Onun çəkisi 1224 kq imiş və bu günədək həmin rekord yenilənməyib. Bu balıqdan 146 kq kürü götürülüb.Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov bildirib ki, Xəzərdə suyun səviyyəsi Volqa çayından daxil olan suyun həcmindən asılıdır: “Xəzərə daxil olan suyun həcminin 80 faizi Volqa çayının payına düşür. Bu baxımdan, səviyyə düşürsə, bu, daxil olan suyun həcminin azaldığını göstərir. Digər tərəfdən, istiləşmə prosesi də səviyyənin dəyişməsinə təsir edən amillərdəndir. Bu dəyişmə prosesi mütəmadi baş verdiyinə görə sakit qarşılamaq lazımdır, narahatlığa əsas yoxdur”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0d/427688128_240:0:1680:1080_1920x0_80_0_0_4bfb53fe7f9e887adde88951cde86822.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, azərbaycan
multimedia, xəbərlər, azərbaycan
Xəzər dənizi haqqında ən maraqlı faktlar
13:10 13.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Milyon il əvvəl Tetis okeanı olan dünyanın ən böyük gölü unikaldır və sirlərlə doludur. Ətraflı videomuzda.
Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə Xəzər dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o, okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqləndirən cəhət dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır. Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı.
Xəzərin sahəsi 376 000 km²-dir. Ancaq dövri olaraq dənizin sahəsi dəyişir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km, ən dərin yeri 1 025 m-dir.
Xəzərin balıq resursları Lena çayı ilə müqayisədə azdır. Dünyanın ən böyük beluqa balığı 11 may 1921-ci ildə Xəzərin Rusiya hissəsində tutulub. Onun çəkisi 1224 kq imiş və bu günədək həmin rekord yenilənməyib. Bu balıqdan 146 kq kürü götürülüb.
Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov bildirib ki, Xəzərdə suyun səviyyəsi Volqa çayından daxil olan suyun həcmindən asılıdır: “Xəzərə daxil olan suyun həcminin 80 faizi Volqa çayının payına düşür. Bu baxımdan, səviyyə düşürsə, bu, daxil olan suyun həcminin azaldığını göstərir. Digər tərəfdən, istiləşmə prosesi də səviyyənin dəyişməsinə təsir edən amillərdəndir. Bu dəyişmə prosesi mütəmadi baş verdiyinə görə sakit qarşılamaq lazımdır, narahatlığa əsas yoxdur”.