13:11 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0440
  • RUB0.0225
AZƏRBAYCAN
Qısa URL
40 0 0

"2018-ci ildə fəaliyyət göstərən lombardlardan büdcəyə daxil olan vergilərin ümumi məbləği cəmi 938 min manat olub"

BAKI, 27 iyun — Sputnik. "Ölkədə qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti müəyyən edilsə də, onların təxminən yarısı aktiv fəaliyyətini davam etdirir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Lombardlar haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, fəal lombard fəaliyyəti ilə məşğul olan subyektlərin 250-yə yaxını fiziki şəxsdir: "2018-ci ildə fəaliyyət göstərən lombardlardan büdcəyə daxil olan vergilərin ümumi məbləği cəmi 938 min manat olub. Bu isə lombardların fəaliyyətinin tənzimlənməsinin təmin edilməsi halında ödənişlərin artacağını deməyə əsas verir".

"Lombard fəaliyyəti subyektlərinin hüquq və vəzifələri, habelə bu sahədə mexanizmləri tənzimləyən normaların olmaması vətəndaşların hüquqlarının pozulmasına, əmlaklarının satılması zamanı pozuntulara və digər neqativ hallara yol verməsinə səbəb olub"-deyə o bildirib.

Qeyd edək ki, "Lombardlar haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qanun lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir.

Bundan əlavə, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçiriləcək.

 

Əsas mövzular