21:09 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
165 0 0

"İflasa uğrayan siyasət illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə öz dövlətinə, dövlətçiliyinə milli maraqlarına qarşı istifadə etməyə çalışanların siyasətidir"

BAKI, 30 yanvar — Sputnik. "Bu gün 255 nəfər Azərbaycan mediasının dəyərli nümayəndəsi öz mənzillərinin açarlarını alacaq. Burdan çıxandan sonra siz öz evlərinizə gedib öz həyatınızı davam etdirəcəksiniz. Mən təsəvvür edə bilmirəm ki, bundan gözəl nə ola bilər. Mən minnətdarlıq dolu baxışlarınıza baxandan sonra çox təəssüf edirəm ki, bəziləri "Azərbaycanın media siyasəti iflasa uğrayıb" deyir. Məgər öz dövlətinin vətəndaşlarını dövlət daxili və xarici aləmdə baş verənlərlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistə dövlət qayğısı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər qəbahətli haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi qiymətləndirirlər?"

Sputnik Azərbaycan xəbər verir ki, bu gün keçirilən tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib. O bildirib ki, artıq mənzil sahibi olan jurnalistlər bu gündən öz mənzillərinə köçə bilərlər: "Mən əminəm k, hamınızın qəlbində bu dəqiqə bir ideya var ki, iflasa uğrayan Azərbaycan dövlətinin jurnalistlərə yönəlik humanist siyasəti deyil, illərdir ki, milyonlarla, on milyonlarla, yüz milyonlarla valyuta xərcləyib, Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasətidir. İflasa uğrayan o siyasətdir ki, illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə başqa ölkələrin jurnalistlərini, başqa ölkələrin media nümayəndələrini öz təsiri altına salaraq, öz dövlətinə, dövlətçiliyinə milli maraqlarına qarşı istifadə etməyə çalışanların siyasətidir".

"Azərbaycanda jurnalistlərin özünütənzimləmə orqanı olan Mətbuat Şurası formalaşıb. Azərbaycan dövlətinin təklif etdiyi mənzili jurnalistlər ala da, almaya da bilər. Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib? Əksinə, qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlər bunu təlqin edirlər. Bu gün qrant mediasının məşhur nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində, Almaniyanın, Fransanın, İngiltərənin, İtaliyanın parlamentləri qarşısında toplaşaraq "No-TAP" aksiyaları həyata keçirmək istəyirlər. Bu, Azərbaycanın strateji marağı olan TAP layihəsinə YOX deyək aksiyası keçirmək istəyirlər", — prezidentin köməkçisi vurğulayıb.

"Qrant siyasətini həyata keçirənlərin Azərbaycanda formalaşdırdıqları jurnalistlər bunlardır. Belə jurnalistlərin mövcudluğu və bir ölkənin müstəqil mediasını təsiri altına alaraq, onun öz dövlətinə, dövlətçiliyinə qarşı istifadə etmək, inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil", — o əlavə edib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan mediasının təməli sağlam qoyulub: "Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməli, vətənpərvərlik aşılamalıdır. "Azərbaycanda media siyasəti iflasa uğrayıb" deyənlər baxsınlar ki, medianın üzərində nəzarəti həyata keçirən inzibati orqan varmı? Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdur. Qrant mediasının nümayəndələri TAP, TANAP-a qarşı çıxır, ancaq bu layihələr Azərbaycanın strateji maraqları ilə bağlıdır. O insanlar Azərbaycan cəmiyyətindən hansı təpkiləri alacaqlarını gözləri qarşısına gətirsinlər. Biz bilirik ki, yazılı mediaya yardım göstərməsək, onlar fəaliyyətini dayandıracaq. Yazılı media ölkənin tarixi salnaməsini yaradır. Bu salnaməni hansısa internet mediasında yaratmaq mümkün deyil. Gələcək nəsillər üçün ölkənin ictimai-siyasi tarixinin yazılı salnaməsi yaradılır".

Əlaqədar

Nazirliyin mətbuat katibi ilə bağlı əmr verildi
Mətbuat Şurası hüquq mühafizə orqanlarına müraciət etdi: Konkret tədbir görün
Mətbuatın yaxından tanıdığı məmur işdən azad edildi
Nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxdı
Teqlər:
iflas, dövlət, media, qrant, Əli Həsənov, Azərbaycan, jurnalist, prezident

Əsas mövzular