BAKI, 30 yanvar — Sputnik. Bu gün mətbuat nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib.
V.Səfərli deyib ki, istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi, ona görə də açarların təqdim olunması bir qədər gecikib: "Bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri "Asan kommunal"da qaz kartlarını öz adlarına keçirə bilərlər".
Daha sonra mənzillərin açarları jurnalistlərə təqdim edilib.