05:53 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
396911

Millət vəkili: "Milli birliyə yol açacaq belə qərar çox vacibdir"

BAKI, 30 iyun — Sputnik. "Gələn il müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq. Bundan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev deyib. O, qeyd edib ki, bu şəxsiyyətlərin adları əbədiləşdirilməlidir: "Mən keçən dəfə də çıxışımda dedim ki, biz universitetlərin, alimlərin və tələbələrin sayına görə dünya ölkələrindən geri qalırıq. Bunu ardan qaldırmaq üçün söylədiyim hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olar. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar".

Millət vəkili onu da deyib ki, bəzi YAP-dan olan deputatlar Əbülfəz Elçibəylə bağlı fərqli düşünürlər: "Onu nəzərə almaq lazımdır ki, milli birliyə yol açacaq belə qərar çox vacibdir. Mərhum prezident Heydər Əliyev Əbülfəz Elçibəyə onun dəfn mərasiminə qatılmaqla öz hörmətini və ehtiramını bildirdi. Eynilə də ölkənin ən ağır vaxtlarında Heydər Əliyevi ölkəni fəlakətdən qurtarmağa dəvət etməklə Əbülfəz Elçibəy öz hörmətini və ehtiramını bildirdi".

Əlaqədar

Əbülfəz Elçibəyə etimadsızlıq günü
Prezident Heydər Əliyevin məzarını ziyarət edib
Heydər Əliyevin adına yaraşmayan bina
Aleksandr Lukaşenkoya "Heydər Əliyev" ordeni verilib
Heydər Əliyev prospekti bağlandı
"Manatın üzərində Heydər Əliyevin şəkli əksini tapmalıdır"
Teqlər:
Qüdrət Həsənquliyev, Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy, millət vəkili, Azərbaycan

Əsas mövzular