Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan
Heydər Əliyev ili

"Moskvada Heydər Əliyevin abidəsi ucaldılmalıdır"

© Sputnik / Murad OrujovHeydər Əliyevin məzarı başında ucalan abidə, arxiv şəkli
Heydər Əliyevin məzarı başında ucalan abidə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul Allahverdili: "Ulu Öndərin Moskvada yeganə abidəsinin Azərbaycanın Rusiyadakı səfirliyində olması insanlarda ciddi və haqlı narazılıq yaradır"

BAKI, 13 dek — Sputnik. "Ulu öndər rus xalqının böyük dostu olub, onun xatirəsi Rusiyada yaşayır və bu ölkə qarşısında xidmətlərinə görə Heydər Əliyev abidəsinin Moskvada ucaldılması vacibdir".

© Photo : YenicagToğrul Allahverdili
Toğrul Allahverdili - Sputnik Azərbaycan
Toğrul Allahverdili

Bu sözləri Sputnik-ə açıqlamasında Azərbaycan Slavyan Gənclər Assosiasiyası (ASGA) Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili deyib: "Ulu öndər Heydər Əliyev şəxsiyyətinin miqyası elədir ki, o, Azərbaycan sərhədlərindən kənara çıxıb. Azərbaycan xalqının böyük lideri Heydər Əliyev görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi olub. Heydər Əliyevin keçmiş SSRİ-nin siyası və iqtisadi həyatında oynadığı rolu layiqincə qiymətləndirmək çox çətindir. O, müdrik siyasətçi olmaqla, ən çətin vəziyyətlərdə konstruktiv qərar tapmağı bacarıb".

"Bir çox illər ərzində Heydər Əliyevin aktiv fəaliyyəti iki xalqın ümumi tarixi ilə əlaqədar olub. O, Rusiya və Azərbaycan arasında əməkdaşlığın əsaslarını qoyub, bizim ölkələrimiz arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə böyük şəxsi töhfə verib", — T. Allahverdili bildirib.

"Mən Moskvada yaşayan minlərlə azərbaycanlı və digər millətin nümayəndələrini tanıyıram ki, ulu öndərin anım günlərində ona öz ehtiramlarını bildirmək istəyirlər. Lakin ulu öndərin Moskvada yeganə abidəsinin Azərbaycanın Rusiyadakı səfirliyində olması və anım günlərində oranı hər kəsin ziyarət edilməsinə şəraitin yaradılmaması minlərlə Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiram bəsləyən insanlarda ciddi və haqlı narazılıq yaradır", — o, əlavə edib.

Nümayəndəlik rəhbəri, bu halları nəzərə alaraq, Rusiyada yaşayan azərbaycanlıları Heydər Əliyevin abidəsinin Moskvada ucaldılması təklifinə dəstək verməyə çağırır: "Hesab edirəm bu təşəbbüsə diaspor nümayəndələri, Rusiyada yaşayan azərbaycanlı iş adamları daha fəal olmalıdırlar. Heydər Əliyev xalqımız üçün bir dəyərdir. Müasir Azərbaycanın qurucusunu bütün dünyaya təqdim etmək bizim can borcumuzdur. Hesab edirəm nəinki Moskvada, bütün slavyan ölkələrində ulu öndərin xatirəsinin əbədiləşdirilməsinə nail olmalıyıq. Biz sadəcə olaraq borcumuzu şərəflə yerinə yetirməliyik".

Xəbər lenti
0