10:30 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
9702

Vizaya 50 dollar ödəyib Hindistanda 60 gün qala bilərsiz

BAKI, 6 apr — Sputnik. Hindistan tərəfindən elan olunan yeni viza qaydalarına əsasən Azərbaycan vətəndaşları istirahət, gəzinti, dostlarına və qohumlarına baş çəkmək, qısamüddətli tibbi müalicə və qeyri-müntəzəm iş səfərləri məqsədilə elektron viza əldə edə biləcəklər. Elektron viza üçün onlayn müraciət aşağıdakı internet səhifəsindən həyata keçirilir:
https://indianvisaonline.gov.in/evisa/Registration

Sputnik Azərbaycan-a Hindistan səfirliyindən daxil olan məlumata görə, Azərbaycan vətəndaşları üçün elektron viza haqqına 50 ABŞ dolları və əlavə olaraq bank köçürülməsi xərcləri daxildir.

Elektron vizanın etibarlılıq müddəti Hindistana gəliş günündən etibarən 60 gün təşkil edir. Elektron turist və elektron biznes vizalarına ikidəfəlik giriş icazəsi verilir. Elektron tibb vizasına isə üçdəfəlik giriş icazəsi verilir. Elektron viza bir təqvim ilində iki dəfə mümkündür. Müraciət edənlərdən Hindistana gəliş tarixindən ən azı 4 gün əvvəl on-layn müraciət etmələri tələb olunur.

Elektron viza sadələşdirilməsi Hindistan səfirliyi tərəfindən daha uzun müddət və xüsusi məqsədlər üçün təmin olunan mövcud viza xidmətlərinə əlavə olaraq həyata keçirilir.

Əlaqədar

Azərbaycan viza prosedurunu sadələşdirir
Avroparlament Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib
"ASAN Viza" istifadəyə verildi
Rusiyanın Orta Asiya ölkələrinə viza tətbiq etməsi təklif olunur
Viza məsələsi 2017-ə qaldı
Teqlər:
elektron viza, Hindistan səfirliyi, viza, Azərbaycan, Hindistan

Əsas mövzular