18:03 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
183026

Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

BAKI, 3 mart — Sputnik. Bu gün Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloqçu Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

Xatırladaq ki, bir müddət əvvəl saxlanılan M. Hüseynov Nəsimi rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Əlaqədar

Mehman Hüseynov polisə müqavimətdə ittiham olunur
Mehman Hüseynov azadlığa buraxılıb
DİN Mehman Hüseynovun ittihamı ilə bağlı Baş Prokurorluq qarşısında vəsatət qaldırıb
Teqlər:
Mehman Hüseynov, həbs cəzası, məhkəmə

Əsas mövzular