CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bloqçu Mehman Hüseynov həbs edildi

© Photo : Facebook / Mehman HuseynovБлогер Мехман Гусейнов
Блогер Мехман Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

BAKI, 3 mart — Sputnik. Bu gün Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloqçu Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

Xatırladaq ki, bir müddət əvvəl saxlanılan M. Hüseynov Nəsimi rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Xəbər lenti
0