08:04 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
24 0 0

Qüdrət Həsənquliyev: "Soyqırım törədənləri, yalnız Azərbaycan özü cəzalandırmalıdır"

BAKI, 28 noy — Sputnik. "Bu mövzu Azərbaycan üçün çox aktualdır. Ona görə ki, bizim ərazimizdə Xocalı soyqırımı törədilib. Mənim üçün hələ də qaranlıq qalır ki, niyə Azərbaycan beynəlxalq cinayətlər məhkəməsinin yurisdiksiyasını qəbul etmir?".

Sputnik xəbər verir ki, bunu Milli Məclisdə keçirilən, "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasında hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimatında millət vəkili Qüdrət Həsənquliyev deyib. "Biz müharibə vəziyyətindəyik. Hələ gələcəkdə müharibə dövründə ermənilər tərəfindən başqa cinayətlər də törədilə bilər. Ona görə də Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri mənə bəlli deyil", — deputat bildirib.

O, Azərbaycanın mütləq şəkildə BMT Təhlükəsizlik Şurasına müraciət etməli olduğunu qeyd edib: "Biz 2 il BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduq, bu məsələ gündəmə gəlmədi. Hətta orada sədrlik də etdik. Hazırda da bu, yerinə yetirilmir. 25 ildir, bu istintaq davam edir".

"Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Yəni, müqəssirlərin iştirakı olmadan. Bundan sonra həmin sənədlər Xarici İşlər Nazirliyi tərəfindən BMT Baş katibinə təqdim olunmalıdır. Amma bu da edilmir. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri, yalnız Azərbaycan özü cəzalandırmalıdır", — Q. Həsənquliyev vurğulayıb.

O, dünyada islamofobiyanın olduğuna da diqqət çəkib: "Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır".

Millət vəkili ATƏT-in Minsk Qrupunun həmsədrlərini tutduqları mövqeyə görə də tənqid edib.

Əlaqədar

"Ermənistan rəhbərliyi məhkəməyə çağırılmalıdır"
Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı layihə hazırlanır
Erməni yazar: "Xocalı abidəsinin qarşısında baş əydim"
İcra başçısı Xocalı köçkününü məhkəməyə verib
Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
Teqlər:
Qüdrət Həsənquliyev, BMT, soyqırım, Milli Məclis, cinayət, Xocalı soyqırımı, Azərbaycan

Əsas mövzular