17:10 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
AZƏRBAYCAN
Qısa URL
15801

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməksiz vəziyyətdə qalmış 3 nəfəri xilas ediblər.

BAKI, 2 okt-Sputnik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməksiz vəziyyətdə qalmış 3 nəfəri xilas ediblər.

Sputnik Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda yağış sularının fərdi yaşayış evlərinin həyətinə yığılması nəticəsində biri uşaq olmaqla 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar və vətəndaşları təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 10:39-da başa çatıb.

Əlaqədar

Badamdarı su basıb
Azərbaycanlıların sevdiyi şəhər su altında qalıb
Şamaxıda avtomobil yolu su altında qalıb
Teqlər:
Binəqədi rayonu, Fövqəladə Hallar Nazirliyi

Əsas mövzular