BAKI, 2 okt-Sputnik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməksiz vəziyyətdə qalmış 3 nəfəri xilas ediblər.
Sputnik Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda yağış sularının fərdi yaşayış evlərinin həyətinə yığılması nəticəsində biri uşaq olmaqla 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar və vətəndaşları təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 10:39-da başa çatıb.