22:01 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
AZƏRBAYCAN
Qısa URL
398 0 0

Berat Albayrak: "Türkiyədə 18 milyard dollarlıq investisiya qoyuluşu ilə ölkənin ən önəmli investorlarından biri olan SOCAR-ın baş verən proseslərdə yanımızda olduğunu, türk millətinə və iqtisadiyyatına güvəndiklərini görmək bizim için çox önəmli idi."

BAKI, 6 avq-Sputnik. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak deyib ki, Türkiyə iqtisadiyyatına verdiyi töhfələrə və sıx əməkdaşlığa görə SOCAR-a dəstəyi davam etdirəcəklər.

Sputnik-in məlumatına görə, bir neçə gün əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşən Albayrak Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və STAR neft emalı zavodu kimi birbaşa investisiya layihələrinin Türkiyədə əlavə dəyər, ixracat, məşğulluq və müasir texnologiyalar sahəsində xüsusi yeri olduğunu vurğulayıb.

Albayrak SOCAR-ın Türkiyəyə investisiya qoymaqla yanaşı, baş verən bütün proseslərdə türk millətinin yanında yer almasından məmnun olduqlarını dilə gətirib: "Türkiyədə 18 milyard dollarlıq investisiya qoyuluşu ilə ölkənin ən önəmli investorlarından biri olan SOCAR-ın baş verən proseslərdə yanımızda olduğunu, türk millətinə və iqtisadiyyatına güvəndiklərini görmək bizim için çox önəmli idi. Türkiyənin digər layihələri kimi, bizim birgə strateji layihəmiz olan TANAP da heç bir problem yaşanmadan nəzərdə tutulan müddət və büdcə planlaşdırması çərçivəsində davam edir".

Nazir SOCAR-ın əsas səhmdarı olan "Petkim (Petrokimya) Holding A.Ş."də Fətullahçı terror təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlara da toxunub:
"Təəssüf ki, bunlar hər struktur kimi, özəl sektorun da içərisinə sızıblar. Birbaşa milləti hədəf alan bu terror təşkilatına qarşı bütün dövlət idarələrində olduğu kimi, özəl sektorda da zəruri addımlar atılmaqda, tədbirlər görülməkdədir. "Petkim"in Aliağadakı ərazisində aparılan yoxlamalar da bu çərçivədə atılan addımlardandır. SOCAR-la birbaşa əlaqəsi olmadığı kimi, "Petkim"dəki rəhbər şəxslər də bu məsələdə polislərlə əməkdaşlıq ediblər".

Albayrak sonda Azərbaycana FETÖ-ya qarşı göstərdiyi həssaslıqlarına görə təşəkkür edib.

Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. O, 15 iyulda baş verən çevrilişə cəhddən sonra FETÖ-nün xarici iqtisadi əlaqələr sektorundakı fəaliyyətinin qarşısını almaq istiqamətində işlər görür. SOCAR rəhbərliyinin Fətullah Gülənə yaxın olduğu bürədə Azərbaycan və Türkiyə mediasında yer alan məlumatlardan sonra, bu şirkətlə Türkiyə rəhbərləri arasında vacib görüşlər keçirilib.

SOCAR prezidenti Rövnəq Abdullayev avqustun 2-də Ankarada keçirilən Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısından sonra Berat Albayraq və Rəcəb Tayyib Ərdoğanla görüşərək münasibətləri yoluna qoyub.

Əlaqədar

Ərdoğanın kürəkəni Berat Albayraq Rövnəq Abdullayevlə SOCAR-ın taleyini müəyyənləşdirdi
Ərdoğan SOCAR prezidenti Rövnəq Abdullayevi qəbul edib
SOCAR-ın pay ortağı olan "Petkim"-də axtarışlar aparılır
SOCAR TANAP və Star layihələrindən gələcək gəlirlərin məbləğini açıqlayıb
SOCAR-a məxsus trestdə qəza baş verib, ölən var
Teqlər:
Rəcəb Tayyib Ərdoğan, Rövnəq Abdullayev, SOCAR, Berat Albayrak, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, Fətullah Gülən, "Petkim (Petrokimya) Holding A.Ş

Əsas mövzular