21:02 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
44 0 0

Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər qəbul olunub. Sözügedən dəyişiklik ölkəyə xarici turistləri cəlb edəcək.

BAKI, 24 iyun — Sputnik. Parlamentin növbədənkənar son plenar iclasında Vergi Məcəlləsində dəyişikliklərə baxılıb. Sputnik xəbər verir ki, layihə barədə millət vəkili Ziyad Səmədzadə məlumat verib. Bildirilib ki, qanun layihəsinin 1.1-1.4-cü maddələri ölkəyə xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi daşıyır.

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin ("Tax Free") tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir. Geri qaytarılmış əlavə dəyər vergisinin məbləğinin isə, ticarətdə iqtisadi aktivliyin artması fonunda əldə ediləcək mənfəətdən (gəlirdən) tutulan vergilər hesabına kompensasiya ediləcək.

Layihənin 1.5-ci maddəsi isə Vergi Məcəlləsinin 194.1-ci maddəsinə ikinci cümlənin əlavə edilməsini nəzərdə tutur. Bu müddəa aksizli mallar üzərində vergi nəzarətinin gücləndirilməsi, aksiz vergisi tutulan (o cümlədən idxal olunan) mallara aksiz markalarının tətbiqi qaydalarının, habelə aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması qaydalarının təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Əcnəbilərin Azərbaycanda yaşama şərtləri dəyişdirildi
"Əcnəbilər şəhərimizin tam simasını görə biləcəklər"
Azərbaycan XİN əcnəbi jurnalistlərə xəbərdarlıq etdi
Əcnəbi jurnalistlər Azərbaycanın cəbhə bölgəsinə yolandılar
Azərbaycandakı əcnəbilər barədə maraqlı statistika
Teqlər:
"Tax Free", vətəndaşlığı olmayan şəxs, əlavə dəyər vergisi, ƏDV, əcnəbi, Vergi Məcəlləsi, Milli Məclis

Əsas mövzular