CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilərin Azərbaycanda xərclədiyi pulun 18 faizi özlərinə qaytarılacaq

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisdə Vergi Məcəlləsinə dəyişikliklər qəbul olunub. Sözügedən dəyişiklik ölkəyə xarici turistləri cəlb edəcək.

BAKI, 24 iyun — Sputnik. Parlamentin növbədənkənar son plenar iclasında Vergi Məcəlləsində dəyişikliklərə baxılıb. Sputnik xəbər verir ki, layihə barədə millət vəkili Ziyad Səmədzadə məlumat verib. Bildirilib ki, qanun layihəsinin 1.1-1.4-cü maddələri ölkəyə xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi daşıyır.

Azərbaycan XİN - Sputnik Azərbaycan
Əcnəbilərin Azərbaycana gəlişi ilə bağlı yeni qərar qüvvəyə mindi

Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin ("Tax Free") tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir. Geri qaytarılmış əlavə dəyər vergisinin məbləğinin isə, ticarətdə iqtisadi aktivliyin artması fonunda əldə ediləcək mənfəətdən (gəlirdən) tutulan vergilər hesabına kompensasiya ediləcək.

Layihənin 1.5-ci maddəsi isə Vergi Məcəlləsinin 194.1-ci maddəsinə ikinci cümlənin əlavə edilməsini nəzərdə tutur. Bu müddəa aksizli mallar üzərində vergi nəzarətinin gücləndirilməsi, aksiz vergisi tutulan (o cümlədən idxal olunan) mallara aksiz markalarının tətbiqi qaydalarının, habelə aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması qaydalarının təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0