İDMAN

"Qarabağ" ilk pillədə qərarlaşıb

Beş oyundan dördündə qələbə qazanan "Qarabağ" birinci pillədə qərarlaşıb
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandalar açıqlanıb.
Yarışın rəsmi "Twitter" hesabının məlumatına görə, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb. Keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olan Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb.
Xatırladaq ki, bu siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 6-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
İDMAN
"Olimpiakos" - "Qarabağ" oyununun hakimləri bəlli olub