BAKI, 26 may — Sputnik. Avropanın top komandalarının reytinqi açıqlanıb.
Siyahıda qitənin 450 ən güclü klubu yer alıb. APA-nın xəbərinə görə, artıq cədvəldə bir sıra dəyişikliklər baş verib.
Azərbaycan bu reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın çempionu “Qarabağ” 183 xala malik olub. Ağdam klubu Avropada 80-ci yerdə qərarlaşıb. “Qarabağ” ötən cədvəllə müqayisədə 6 pillə irəliləyib.
Çempionatın gümüş mükafatçısı “Neftçi” 24 pillə irəliləyib. Belə ki, Samir Abasovun komandası 33 xalla qitədə 217-cidir. Bürünc medal şansını son turda qaçıran “Qəbələ” 81 pillə geriləyərək 5 xalla 372-ci sırada qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2081 xala malik “Real” başçılıq edir. Sonrakı yerdə qərarlaşan “Bavariya”nın 1695, “Liverpul”un 1645 xalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.