Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov müharibə haqqında bilavasitə məlumatlıdır – o, özü də hərbi əməliyyatların iştirakçısı, Rusiyanın qəhrəmanıdır. 2008-ci ilin avqustunda o, Rusiyanın Gürcüstanı sülhə məcbur etmək üçün keçirdiyi hərbi əməliyyatda iştirak edib.
Onunla Ukraynanın demilitarizasiyası və deazifikasiyası əməliyyatının nə qədər unikal olması və bu əməliyyatın niyə analoqunun olmaması barədə söhbət etdik.
Bu, hətta hərbi deyil, sülhməramlı əməliyyatdır
"Hər şeyin necə başladığını xatırlayaq. Əvvəlcə SSRİ dağılandan sonra bizə söz vermişdilər ki, NATO-nun sərhədlərimizə qədər irəliləməsi olmayacaq. Dövlətimizin zəifliyindən istifadə edərək bizi aldatdılar. Qərbin birləşmiş qoşunları faktiki olaraq bizim sərhədlərimizin yaxınlığında dayanırlar. Bundan sonra onların iştahları açıldı, neonasistlərin cəlb edilməsi ilə Ukraynada dövlət çevrilişi etdilər. Və Ukraynanın şərqində qanlı qırğın törətdilər. Kiyev xuntası tərəfindən törədilən bu qırğın artıq səkkiz ildir ki, davam edir! Səkkiz il ərzində dinc sakinlər, yaşlı nəslin nümayəndələri, qadınlar, uşaqlar həyatlarını itirdilər. Səkkiz ildir ki, qan tökülür", - deyə Andrey Krasov qəzəblə qeyd edib.
O bildirir ki, Qərb Ukraynadan öz maraqları naminə istifadə etməyə hazırlaşırdı, ölkəni silah-sursatla doldururdu, hərbiləşdirilməyə vəsait ayırırdı, nasist qəhrəmanlarını - Bandera və Şuxeviç kimi rütbə ilə yüksəldirdi. Yüz minlərlə məsləhətçi və təlimatçı Ukrayna Silahlı Qüvvələrində çalışararaq NATO-nun maraqlarına uyğun fəaliyyət göstərməyə hazırlaşırdılar. Bundan əlavə, Ukrayna artıq NATO-nun əməliyyatlarında - Əfqanıstan və İraqda iştirak edib. Siyasətçi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri NATO standartlarına uyğun hərəkət etməyə hazır idi.
Həmsöhbət vurğulayır: Ukraynadan sonra isə həmin qərb ssenaristləri Belarus və Qazaxıstanda dövlət çevrilişi təşkil etməyə cəhd ediblər, ancaq bu, Rusiya və KTMT sayəsində mümkün olmayb. Buna görə də Qərbin narahatlığına məhəl qoymayan Rusiya prezidentinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verməsi təəccüblü deyildi.
"Silahlı qüvvələrimiz rusdilli əhalinin və iki müstəqil respublikanın – "DXR" və "LXR" sakinlərinin soyqırımını dayandıraraq, xüsusi hərbi və əslində isə sülhməramlı əməliyyat keçirir. Biz artıq bu yaxınlarda, Abxaziya və Cənubi Osetiya ərazisindəki qoşunlarımız militarist çılğınlığı ruhu altında gəzən gürcü liderini sülhə məcbur edəndə keçmişik. O zaman da əsgərlərimiz minlərlə dinc əhalinin həyatını xilas etdilər".
Siyasətçi əmindir ki, Rusiya hərbçiləri həqiqi peşəkarlardırlar - onların peşəkarlığı həm Rusiya ərazisində, həm də Belarusla birlikdə keçirilən çoxsaylı təlimlər zamanı möhkəmlənib. Rusiya ordusunun Suriyada, Şimali Qafqazda, Gürcüstanda döyüş əməliyyatlarında iştirak etmək təcrübəsi var.
"Bundan əlavə, ordumuz silah və hərbi texnikanın ən qabaqcıl modellərinə malikdir. Üstəlik, dünyanın heç bir ölkəsində olmayan xüsusiyyətləri ilə. Bu, bizə qarşı tərəfi məğlub etməkdə böyük üstünlük verir".
Ancaq ən əsası odur ki, Rusiya təcavüzkar deyil, sülhpərvər ölkədir. Krasov qeyd edir ki, prezident mülki əhalini qoruyur, o cümlədən silahlarını yerə qoyan Ukrayna hərbçilərinə səxavətlə yanaşmaq vəzifələrini aydın şəkildə müəyyənləşdirib. Bu da mülki obyektlərə və infrastruktura toxunmamaq, dinc əhalinin həyatını qorumaq, eyni zamanda hərbi infrastrukturu sıradan çıxarmaqdır. Aerodromlar, avadanlıqlar, o cümlədən uçuş aparatları, anbarlar, hava hücumundan müdafiə sistemlərini, radiolokasiya stansiyaları, idarəetmə məntəqələri unikal xüsusiyyətlərə malik olan yüksək dəqiqlikli silahların tətbiqinə kömək edir. "Dünyada bu cür analoqlar sadəcə olaraq yoxdur", - deyə siyasətçi bildirib.
Eyni zamanda, Andrey Krasov ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatları xatırlamağa çağırır.
"Buna bariz nümunə qardaş ölkəmiz olan Yuqoslaviyadır. Raket və hava zərbələrini, fosforlu silah-sursatlardan istifadə edilən artilleriya atəşini, zəifləşdirilmiş uranı xatırlayırsınızmı? Bəs NATO rəhbərliyi bu barədə nə dedi? Təbii ki, biz mülki əhali arasında itkilərin olduğundan təəssüflənirik, ancaq əməliyyatı davam etdirəcəyik. Və onlar yoxsul Yuqoslaviyanı alt-üst etdilər, mülki infrastruktura - xəstəxanalara, məktəblərə zərbələr endirdilər. Dinc əhali arasında çoxlu itkilər oldu. Əslində bu, müharibə cinayəti idi. Ancaq heç kim buna cavab vermədi".
NATO əməliyyatlarının necə həyata keçirildiyini Serbiyada, İraqda, Liviyada, Suriyada soruşmaq olar, "onlar isə cavab verəcəklər ki, NATO əsgərlərinin əlləri dirsəyə qədər qana bulanmayıb, boğazlarına qədər qan içində boğulublar. Bizə isə bunun müdafiə xarakterli və çox mehriban bir təşkilat olmasına inandırmağa çalışırlar".
Sonra isə ümumi silahsızlanma
"İndi isə qayıdaq Vladimir Vladimiroviç Putinin Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə müraciətinə – o, onlardan rəhbərliyin cinayətkar əmrlərinə tabe olmamağı və silahlarını təhvil vermələrini xahiş edib. Yalnız bu, insanların həyatını xilas etməyin yeganə yoludur. Gələcəkdə müəyyən rəsmiləşdirmələrə riayət edərək onlar ailələrinin yanına qayıda biləcəklər. Ancaq bu, təbii ki, milli batalyonlardakı o xortdanlara, başkəsənlərə aid deyil. Onlar hərbi tribunala veriləcəklər. Nasist cinayətkarları kimi məhkum olunacaqlar", - deyə Krasov əminliklə qeyd edib.
Hərbi əməliyyat başa çatdıqdan sonra daha çox çalışmaq lazım olacaq - mülki əhalidən silahları müsadirə etmək lazımdır, o sərbəst şəkildə əldə edilməməlidir. Kiyevdə 25 mindən çox silah nəzərə alınmadan əhaliyə paylanılıb. Hətta qərb jurnalistləri belə qeyd edirlər ki: siyasətçinin dediyi kimi, Kiyevdə və paytaxt ətraflarında aparılan hərbi əməliyyatlar qorxulu deyil, silahların anlaşılmaz şəkildə kimə gəldi verilməsi və gecə-gündüz kabusların olması qorxuludur.
"Qələbənin bizim olacağı faktı göz qabağındadır - Rusiya Silahlı Qüvvələrinin həm dəniz piyadalarından, həm hava desantlarından, həm quru qoşunlarından, həm aviasiyadan, həm də Hərbi Dəniz Qüvvələrindən istifadə edərək necə fəaliyyət göstərdiyinə baxın. Bütün bunlar bir kompleksdə gedir. Ən əsası da odur ki, yaşayış məntəqələri bloklanır və yalnız bundan sonra onların təmizlənməsinə başlanılır. Beləliklə, biz hərbçilərimizin vaxtını, həyatını və sağlamlığını qoruyuruq. Bu da unikal əməliyyatın aparılmasının bir hissəsidir", - deyə Dövlət Dumasının deputatı izah edir.
Qərb üçün ən acısı da odur ki, qərb təlimatçılarının uzunmüddətli fəaliyyəti, Gürcüstanda olduğu kimi Ukraynada da silahlanmaya milyardlarla dolların xərclənməsi sözün əsl mənasında boşa gedir.
Krasov əmindir ki, Ukrayna Silahlı Qüvvələri "Donetsk və Luqansk Xalq Respublikalarını" ələ keçirmək üçün hücum əməliyyatlarına hazırlaşırdılar, bu barədə hər kəs – "LXR" və "DXR" sərhədində cəmlənmiş silah və qüvvələr də danışırdı, ona görə də baş komandir olacaqları qabaqlayaraq əmr verdi. Ancaq qərb təlimatçıları ukraynalı döyüşçülərin necə müdafiə olunacaqlarını öyrətməyiblər. İndi isə bütün biliklər boşa çıxır.
"Bu, tam uğursuzluqdur, ötürülən təcrübə kömək etmədi, yatırılan vəsait gözümüzün qabağında yox olur", - deyə həmsöhbət bildirib.
Əgər Qərb Ukraynanı silah və təyyarə ilə təmin etməyə davam edərsə, Andrey Krasovun xəbərdar etdiyi kimi, bu yardım dərhal Rusiya Silahlı Qüvvələri tərəfindən məhv ediləcək – "Biz Ukraynanın hər bir regionuna nəzarət edirik".
"Rusiya Federasiyasının vətəndaşlarına, həmvətənlərimə müraciət edərək demək istəyirəm ki, birliyimizin gücünü, həmrəyliyimizi bir daha nümayiş etdirməyin vaxtı çatıb. Əminəm ki, yalnız birlikdə başımıza gələn sınaqlardan asanlıqla çıxa biləcəyik. Vəhdətimizi, ölkəmizin bütövlüyünü, gələcək nəsillərin təhlükəsizliyini qoruyub saxlayaq.
Mən Rusiya Federasiyasının vətəndaşı olduğum üçün fəxr edirəm və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putini tam dəstəkləyirəm, silahlı qüvvələrimiz və hərbçilərimizlə fəxr edirəm. Uşaqlar, qalib gəlmək üçün çox çalışın! Biz sizə dəstək olacağıq!", – deyə Andrey Krasov yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: