RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya və Ukrayna atəşkəslə bağlı razılığa gəliblər

Ukrayna və Rusiya Federasiyası vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər.
Sputnik
BAKI, 3 mart — Sputnik. Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsində nümayəndə heyətləri humanitar dəhliz açılması və müvəqqəti atəşkəslə bağlı razılığa gəldilər.
Bu barədə məlumatı jurnalistlərə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak verib.
O qeyd edib ki, Rusiya ilə danışıqlar zamanı Ukrayna gözlədiyi nəticəni əldə edə bilməyib.
Podolyakın sözlərinə görə, Kiyev və Moskva danışıqları davam etdirmək barədə razılığa gəliblər, üçüncü raundun ən qısa zamanda keçirilməsi planlaşdırılır.
"Ukrayna və Rusiya Federasiyası vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər", - Ukrayna Prezident Ofisinin rəhbəri bildirib.
O deyib ki, Kiyev və Moskva nümayəndələri arasında keçirilən danışıqlarda humanitar aspektlər ətraflı müzakirə edilib.
Rusiya nümayəndə heyətinin rəhbəri, RF prezidentin köməkçisi Vladimir Medinski isə deyib ki, Rusiya və Ukrayna maddələr üzrə anlaşma əldə edə bilərlər.
***
Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.
Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Twitter səhifəsində yazıb.
Gündəmdə olan mövzular dərhal atəşkəs, barışıq, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılmasıdır.
Xatırladaq ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Ötən gün Xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Ukrayna ilə danışıqların ikinci raundu zamanı təhlükəsizlik təminatları məsələsini müzakirə etməyə hazırdır. Nazir Zelenskinin təhlükəsizlik zəmanəti almaq istəyi ilə bağlı açıqlamaları müsbət addım adlandırıb.
O, eyni zamanda vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı tələbləri onun təslim olması kimi qiymətləndirilə bilməz, Moskva danışıqlara getməyi təklif edir.
Lavrov onu da əlavə edib ki, Ukraynadakı əməliyyatın vəzifəsi heç vaxt orada yerləşdirilməyəcək zərbə silahlarının konkret növlərini müəyyən etməkdir.
Putin Makrona Kiyevlə danışıqlara dair prinsipial məqamları açıqlayıb
Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla bu gün apardığı telefon danışığı zamanı Ukraynadakı vəziyyət müzakirə edilib. Tərəflər həmçinin humanitar məsələlərə toxunublar. Rusiya prezidenti ölkəsinin hərbi əməliyyat öhdəliklərini istənilən halda yerinə yetirəcəyini bildirib.
O qeyd edib ki, danışıqlar prosesinin uzanması Moskvanın Kiyev qarşısında əlavə tələblərinə yol açacaq.
Putin deyib ki, Qərb ölkələri, o cümlədən Fransa Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etmək üçün heç bir iş görməyib:
"Rusiya üçün əsas məsələ Ukraynanın demilitarizasiyası və neytral statusudur. Ukrayna ərazisindən Rusiya Federasiyası üçün heç bir zaman təhlükə hiss edilməməlidir".
Ukrayna hadisələri
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı geniş miqyaslı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Putin Makrona Kiyevlə danışıqlara dair prinsipial məqamları açıqladı
Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb