RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq

Sadə hesablama sübut edir ki, problemləri diplomatik yolla həll etmək lazımdır, hamıya ağır ətsir edən sanksiyaların köməyi ilə yox.
Sputnik
Aİ yaxın vaxtlarda ağır resessiya riskləri ucbatından Rusiya ilə iqtisadi dialoqa qayıtmalı olacaq. Bunu RİA Novosti-yə hazırkı vəziyyəti təhlil edərkən Technology of the Future sərmayə fondunun departament direktoru Maksim Açkasov deyib.
Rusiyaya qarşı yeni sanksiyalar
Aİ Rusiya Mərkəzi Bankının ehtiyatları və aktivləri ilə bağlı əməliyyatları qadağan edib. Aİ dövlətləri Rusiya Bankı yalnız maliyyə sabitliyinin təmin edilməsi üçün "vacib lazım olduğu" təqdirdə tranzaksiyalar həyata keçirə biləcəklər.
Aİ diplomatiyasının şefi Jozep Borrel bəyan edib ki, RMB-nin maliyyə ehtiyatlarının yarıya qədəri Aİ-nin yeni sanksiyalarının dondurulacaq.
Almaniya hökumətindən isə bildirilib ki, artıq beynəlxalq ictimaiyyətin sanksiyası altında olan bütün Rusiya bankları, zəruri olduqda isə digər RF bankları SWIFT ödəmə sistemindən çıxarılacaqlar.
Rusiyanın əks-tədbirləri
RF Maliyyə Nazirliyi və MB bəyan ediblər ki, maliyyə bazarındakı vəziyyəti izləyirlər.
Sabitliyi təmin etmək üçün MB təcili olaraq bazar ertəsi uçot dərəcəsini rekord 20%-dək qaldırdı və səhm ticarətini dayandırdı, Maliyyə Nazirliyi isə ixracatçılara valyuta qazancının 80%-ni satmaq öhdəliyini qoyub.
Maliyyə naziri Anton Siluanov bəyan edib ki, büdcənin bütün sosial xərcləriyerinə yetiriləcək, bankları isə lazım olduqda kapitallaşdıracaqlar.
RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Federasiyasında çox uzun müddət ərzində ölkənin indi qarşılaşdığı ən ağırları da daxil olmaqla, mümkün sanksiyalara qarşı planlı hazırlıq aparılıb. Rusiyanın bu sanksiyalara simmetrik cavabı olacaqmı sualına cavabında isə Peskov bildirib ki, Rusiyanın cavabları əsasən ölkənin maraqları və məqsədəuyğunluluq baxımından atılacaq.
Yaxın gələcək üçün proqnoz
"Yaxın aylarda Aİ Rusiya ilə iqtisadi əməkdaşlıq barədə razılaşmağa məcbur olacaq. Əks halda hər iki tərəf 6-12 ay ərzində ağır resessiyaya qədəm qoyacaq, Avropada davam edən enerji böhranı isə ciddi nəticələrə gətrib çıxaracaq. Rusiya Avropanın neft və qaz idxalının 30%-ni təmin edir. Aİ-nin yaxın 5-10 il ərzində Rusiya qaz tədarükünü radikal şəkildə dəyişmək imkanı yoxdur", - Technology of the Future sərmayə fondunun departament direkoru Maksim Açkasov bu fikirdədir.
Ekspertin fikrincə, əgər enerji daşıyıcıları və xammal məhsullarına olan hazırkı qiymət səviyyəsinin 2023-cü ildə saxlanacağını güman etsək, onda Deutsche Bank-ın iqtisadçılarının gözləntilərinə əsasən, Aİ-də inflyasiya bu il 5,7%-ə çatacaq, iqtisadiyyatın artımı isə 2,8-dək azalacaq.
"Daha ciddi şok ssenarisi halında inflyasiya bu il 6,7%-ə çatacaq, iqtisadiyyatrın artımı isə təxminən 1%-ə düşəcək. Beləliklə, bizim əsas nəticəmiz belədir: bütün tərəflər danışıqlar masası arxasına oturmalı və bugünkü münaqişənin diplomatik həllini tapmalı olacaqlar", - Açkasov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Avropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcək
G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib