RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya qırxadək ölkə üçün hava məkanını bağlamaq qərarı verdi

Rusiya Almaniya, İspaniya, İtaliya və Fransa da daxil olmaqla 36 ölkə üçün hava məkanını bağlayır.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Rusiya 36 ölkə üçün hava məkanını bağlayır. Sputnik Azərbaycan-ın "Ria Novosti"yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Almaniya, İspaniya, İtaliya və Fransa da daxil olmaqla 36 ölkə üçün hava məkanını bağlayır.
Qeyd edildiyi kimi, məhdudiyyətlər aşağıdakı ölkələrin hava daşıyıcılarına təsir edəcək: Avstriya, Albaniya, Angilya, Belçika, Bolqarıstan, Britaniyanın Virciniya adaları, Böyük Britaniya, Macarıstan, Almaniya, Cəbəllütariq, Yunanıstan, Danimarka (+ Qrenlandiya, Farer adaları, ərazi suları), Cersi, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç, Estoniya .
Qeyd edək ki, Aİ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar öz hava məkanını Rusiya təyyarələrinə bağlayıb.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkətinin bu gün yaydığı məlumata görə, martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuş ləğv edilib.
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.
Şirkətdən verilən məlumata görə, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan şirkəti Kiyevə uçuşları ləğv edib
Rusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələrin sayı artıb
Bir neçə Avropa ölkəsi öz hava məkanını Rusiya təyyarələri üçün bağladı