BAKI, 23 feval - Sputnik. UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Marsel” oyununa gələcək azarkeşləri sürpriz gözləyir. Sputnik Azərbaycan bildirir ki, bu barədə "Qarabağ" FK məlumat yayıb.
Bildirilir ki, oyundan öncə Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub. "Marsel" dünən Bakıya yola düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram - Qurban Qurbanov